Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakıda yeraltı dünyanı aydınladan yoxdur:Aşağılar narazı, yuxarılar susqun

Havalandırma sistemləri tam işləkdir, amma heç kim Bakı metrosunun nə vaxt açılacağını bilmir

 

Yenixeber.org: 16 oktyabr 2020-ci il tarixində Bakı Metropoliteni, COVID-19 yayılması səbəbindən, mövcud sanitariya və epidemioloji vəziyyəti nəzərə alaraq işini dayandırdı. O zaman Nazirlər Kabineti yanında Operativ Qərargahdan (OQ)bildirildiyi kimi, metronun işi 2020-ci ilin noyabrında bərpa edilməli idi (https://zerkalo.az/s-00-00-19-oktyabrya-2020-do- 06-00-2-noyabrya -prekrashhaetsya-deyatelnost-bakinskogo-metropolitena).

 

Metro, həqiqətən də 2020-ci ilin noyabrında açıldı. Ancaq cəmi bir neçə gün işlədi və tezliklə fəaliyyəti yenidən dayandırıldı.

 

Xatırlatmaq istərdik ki, OQ-nin qərarı ilə, ilk dəfə Bakı Metropoliteni aprel ayından may ayının ortalarına qədər karantin tətbiq olunduğuna görə, 38 gün bağlanmışdı. Metroda koronavirusun daha çox yayılması riskinə əsas səbəb kimi qapalı ventilyasiya problemləri göstərilmişdi.

 

Müstəqil medianın və sosial şəbəkələrin yazdığı kimi, metronun havalandırma sistemləri ümidsiz bir şəkildə köhnəlib və dərhal dəyişdirilməsi tələb olunur. Məlumatlara görə, metroda havalandırma sisteminin zəif olması həm də inşaat bumunun tüğyan etməsi zamanı havalandırma şaxtaları üzərində müxtəlif obyektlərin tikilməsi ilə əlaqədardır.

 

Metronun normal havalandırılması ilə bağlı problemlərin aradan qaldırılıb-qaldırılmadığını və Bakı metrosunun fəaliyyətinin nə zaman bərpa olunacağını öyrənməyə çalışdıq.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, metrodakı bütün ventilyasiya sistemləri tam işlək vəziyyətdədir: “Və havalandırma şaxtaları üzərində müxtəlif obyektlərin inşası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

 

“O zaman metronun fəaliyyətinin nə üçün bərpa olunmur” sualımıza mətbuat katibi belə cavab verib: “Metronun bağlanması barədə qərar Operativ Qərargah tərəfindən qəbul edilib. Suallarınızı onlara ünvanlamağınız məsləhətdir”.

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da Bakı Metropoliteninin işini nə vaxt bərpa edəcəyini bilmədiyini söyləyib.

 

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, metronun fəaliyyətinin dayandırılması avtobuslarda sərnişinlərinin sayının kəskin artmasına səbəb olub: “Axı, Azərbaycanda tramvay, trolleybus və metrobus kimi alternativ ictimai nəqliyyat növləri yoxdur. Əgər metrodakı havalandırma sistemləri işlək vəziyyətdədirsə, onda niyə fəaliyyətinin bərpa olunmadığı aydın deyil. Axı, metroda sərnişin axınının sıxlığına nəzarət etmək avtobuslardan daha asandır”.

 

O, İbrahim Məmmədovun açıqlamasına da təəcübünü gizlətməyib: “Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah da bilmirsə, onda daha kim metronun fəaliyyətinin bərpa olunmasından xəbərdar olmalıdır?”.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam