Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alı Alıyevin Moskvada ŞOK BİZNESİ: İri şirkətlər, otellər, bahalı mülklər və ofşar hesablar… VƏ DAHA NƏLƏR –İDDİA

 

 Füzulinin icra başçısı Alı Alıyevin Rusiyada “topdağıtmaz”  biznesi ilə  bağlı yeni iddialar ortaya çıxıb.

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.

İdddia olunur ki, illərdir başçı vəzifəsini zəbt edən Alı Alıyevin Moskvada böyük biznesi var. Hörmətli icra başçısının Moskvadakı həmin böyük biznesinə qızıının rəhbərlik ediyi deyilir. Rayon rəhbərinin Rusiyanın paytaxtında, iri şirkətlərə və otellərə, bir neçə bahalı mülklərə sahib olması, həmçinin yaxın adamlarının adına ofşar hesablar açaraq büdcə talanından əldə edilən milyonların bununla yuyulması da yayılan məlumatlarda bildirilib.

Bundan başqa, Alı Alıyevin  özünə məxsus 4.000 baş xırda buynuzlu, 1.000 baş iribuynuzlu heyvan təssərrüfatı mövcuddur. Rayon rəhbəri Horadiz qəsəbəsi yaxınlığındakı Bulğa Dərəsi deyilən ərazini məhz bu səbəbdən qəpik- quruşa icarəyə verdiyi deyilir. Bununla yanaşı icra başçısının rayonda kiçik şirkətləri, restoranları, qapı-pəncərə sexləri,  çox sayda MMC-ləri, dəyirmanları, ucsuz – bucaqsız əkin sahəlri, barama təssərrüfatı, həttda çörək sexləri belə Alıyevlər ailəsinə məxsus olduğu iddia edilir.

Vurğulanıb ki, icra başçısının böyük sərvəti olduğu üçün təhlükəsizlik amaclı tədbirlər də həyata keçirməyə nail olub. Ölkədə aparılan islahatlar və koorrupsiya ilə aparılan ciddi mübarizə səbəbindən sərvətini əvvəlcədən Rusiyaya daşıyan Aliyev, de-fakto qızını biznes şəbəkəsinə rəhbər gətirməsi də yayılan xəbərlər arasında yer alıb.

Qarşı tərəfidə dinləməyə hazırıq.(güninfo.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam