Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya sülhməramlıları fransalı jurnalistləri Qarabağa buraxmadı-SƏBƏB

 

               Bir qrup fransız jurnalist və ictimai xadim Dağlıq Qarabağa buraxılmayıb.  

 Yenixeber.org: Bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Telegram" kanalında yazıb:

O bildirib ki, Fransadan Ermənistana gedən nümayəndə heyəti Minasyandan Dağlıq Qarabağa səfər etmək istəyib. Lakin bu mümkün olmayıb:

“Yelisey Sarayına yaxın olan tanışım zəng etmişdi. Soruşdu ki, orada nə baş verib? Mən ayrı-ayrı məlumatlar alıram, lakin heç bir şey aydın deyil. Baş verənləri mən ona danışdım. Bir neçə gün əvvəl Fransadan bir qrup jurnalist, ictimai xadim Ermənistana gəlmişdi ki, oradan Dağlıq Qarabağa gedib, baş verənləri öz gözləri ilə görsünlər. Ermənistanda onları rəsmi olaraq akkreditə etdilər, lakin Laçında sülhməramlılar onları saxlayıb və girişi qadağan edib.

Rusiya sülhməramlıları bildirib ki, onlar Azərbaycana daxil olurlar və Ermənistanda edilən akkreditə keçərli deyil. Əgər daxil olmaq istəyirlərsə, Azərbaycanda akkreditasiyadan keçsinlər. Nümayəndə heyəti İrəvana – Fransa səfirinin yanına qayıdıb. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə saxlayıb və nə baş verdiyini soruşub. Nikol isə ona cavabında deyib ki, "yanvarın 11-də biz razılığa gəlmişik ki, beynəlxalq media Azərbaycanda akkreditasiyadan keçməlidir". Conatan Lakota susmaqdan başqa heç nə qalmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam