Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu şəhidlərimizin qəbirləri Yasamalın Şəhidlər Xiyabanına köçürüldü-QƏRAR

Vətən müharibəsində həlak olmuş və Bakının ümumşəhər qəbiristanlığında dəfn edilmiş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

 Yenixeber.org: Şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.

Qeyd edilir ki, bu məsələ ilə əlaqədar yekun qərarın qəbulu vaxtının uzanması bəzi şəhid ailələrinin övladlarının məzarlarının yerinin dəyişdirilməsi istəyi, habelə sayca əksəriyyət təşkil edən digər ailələrin övladlarının məzarlarının həmin qəbiristanlıqda qalmasına razılıq verməsi ilə bağlıdır.

Bu gün aidiyyəti orqanların nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə daha bir görüşü keçirilib. Görüş zamanı şəhid ailələrinin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.

Qərara əsasən Vətən müharibəsinin ümumşəhər qəbiristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Məzarların Yasamaldadakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, köçürülmə zamanı qəbirlərdən su çıxması halı qeydə alınmayıb, məzarlara su sızmasına rast gəlinməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam