Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavirusun növbəti dalğası gəlir

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada koronavirusa yoluxanların 2 milyondan çoxu ölüb. Jons Hopkins Universitetinin verdiyi məlumata görə isə dünyada 99 milyondan çox insan yoluxub, 2,1 milyondan çoxu ölüb.

Yenixeber.org: İngiltərədən yayılan koronavirusun mutasiya forması bir çox ölkələrdə qorxunc vəziyyət yaradıb. Məsələn, Avstriya sakinləri ictimai yerlərdə adi maskalar əvəzinə respirator istifadə etmək məcburiyyətində qalıblar. Yanvarın 2-dən Avstriyada FFP2 qoruma respiratorlarının məcburi geyindilməsi ilə bərabər bütün ictimai yerlərdə insanlar arasında məsafənin ən azı 2 metr olması tələbi də qüvvəyə minib.

İsveç səlahiyyətliləri “İngilis” koronavirus növünün Oslo bölgəsində yayılması səbəbilə Norveçdən girişə rəsmi qadağa tətbiq edib. İsrail yeni növ koronavirusun yayılmasını azaltmaq üçün beynəlxalq uçuşları bir həftə (26-31 yanvar) dayandıracaq. İsraildən yalnız bir neçə səbəbə görə uçmaq mümkün olacaq: xaricdə müalicə üçün, uzaqdan edilə bilməyən iş üçün, məhkəmə proseslərində iştirak etmək, bir ailə üzvünün dəfnində iştirak.

Pakistan səlahiyyətliləri isə  koronavirus infeksiyasına qarşı Rusiyanın “Sputnik V” peyvəndinin təcili istifadəsinə icazə veriblər. Əvvəllər bunu Belarus, Argentina, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraguay, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan etmişdi.


Dünyada virusun yeni növünün “at oynatdığı” dönəmdə Azərbaycanda yoluxma sayı aşağı düşüb, elə bu səbəbdən də ötən gündən sərt karantin rejimi aradan qaldırılıb. Bəs görəsən, arxayınlaşmaq olarmı, bizdə də virusun yeni forması yayıla bilərmi?

İnfeksionist Gülnarə Əhmədova bizimlə söhbətdə bildirib ki, əslində Azərbaycanda da virus mutasiyaya uğrayıb: “Bizdə də iki ay əvvəl virus qorxunc keçdi. Bu səbəbdən də sərt karantin rejimi tətbiq edildi. Fikrimcə,  bizdə də İngiltərədə yaşananlarla eyni vəziyyət oldu. Sadəcə olaraq, Avropada dərhal virusoloji müayinələr, araşdırmalar apardılar, nəticə etibarilə bunun mutant olduğunu aşkar etdilər. Biz də  bacardığımızı edirik, çalışırıq vəziyyəti düzəldək. Amma ölkəmizdə həmin diaqnostika yoxdur. Bu olmadığına görə də virusun mutasiyaya uğraması ilə bağlı sübutumuz da yoxdur. Amma təqribən iki ay öncə virus çox aqressiv oldu, keçənilki vəziyyətlə müqayisəolunmaz dərəcədə ağır keçdi”.

İnfeksionist virusdan sağalanlara da xəbərdarlıq edib: “Virusdan sağalanların yenidən yoluxmaq ehtimalı var. Çünki bir virus mutasiya olursa, yenidən yoluxma ola bilər. Sadəcə, nə dərəcədə - ağır, yoxsa yüngül keçirəcək, o sual altındadır. Mutant olduğuna görə virusdan nə gözləyəcəyimizi də bilmirik. Amma immun sistemi hər kəsdə individualdır. Konkret fikir bildirmək olmur. Virus bir fəsildə bəlkə 2-3 dəfə mutasiyaya uğraya bilər. Ona görə əvvəlki kimi, qaydalara riayət etmək mütləqdir”.


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə bildirib ki, mutasiya olunmuş virusun yayılmasının qarşısının alınması üçün strategiyaya uyğun olaraq canlı ünsiyyətlərin sayı aşağı endirilməlidir:

“Yeni mutasiyalar xəstəlik zamanı ağırlaşmalar gətirməsə də, ölkələrdə yenidən sərt karantin rejimlərinin tətbiqinə səbəb ola bilər. Bu mutasiyaların Azərbaycanda yayılması da vəziyyəti ciddi dəyişə bilər. Rəsmi açıqlamaları oxuyarkən məlum olur ki, mutasiyanın ölkədə olub-olmaması Azərbaycanda dəqiq yoxlanıla bilmir. Çox arzulayıram ki, bu çatışmazlığa baxmayaraq Azərbaycanda sözügedən yeni mutasiyalar olmasın, əks halda, bunun ciddi fəsadlarını bir neçə ay sonra görə bilərik. Mənə son həftələrdə suallar verilir ki, əgər Azərbaycanda o mutasiyalar varsa və biz bundan xəbərsiziksə, bu, nələrə səbəb ola bilər?

Son tədqiqatlar göstərir ki, İngiltərədə olan mutasiyanın yoluxduruculuq sürəti minimum 35 faiz bizim bildiyimiz virusdan yüksəkdir. Buna görə də canlı ünsiyyətlərin minimuma endirilməsinə nə qədər tez başlanılsa, virusun mutasiyaya uğramış versiyası ilə bir o qədər effektli mübarizə aparmaq olar. Canlı ünsiyyətlər minimuma endirilməzsə, hətta peyvənd tətbiq edilsə də özünə klasterlər (insan topluluğu) seçərək yayılacaq və müəyyən həddə çatdıqdan sonra ümumi sistemin hiss edəcəyi şəkildə yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq. Ölkədə tam normal ünsiyyətlər olan bir vəziyyətdə virusun yayılması peyvəndin tətbiqindən sürətlidir, bu da növbəti dalğanın əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də ölkədə yeni virus mutasiyalarının olduğu düşünülərsə, bütövlükdə tam yumşalmalara gedilməsi peyvəndin tətbiqinə baxmayaraq çox təhlükəli strategiyadır, belə halda mütləq olaraq yumşalmalara yalnız bəzi mühüm qadağalar tətbiq olunmaqla gedilməlidir".(musavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam