Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İranda -1 gündə 119 nəfər virusdan ölüb

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Yenixeber.org: Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

İranda daha 2 573 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 207 525-ə çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 119 nəfər artaraq 9 742 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 166 427 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 471 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam