Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

«Bahar Energy»də maaş böhranı yaşanır-Əməkdaşları şikayətlənir

 

 

 

 

 “Bahar” Enerji Əməliyyat Şirkətinin (BEƏŞ) bir qrup əməkdaşı dekabrın 21-də şirkətin ofisinin önündə  (Zıx şossesi) əməkhaqlarının verilməsi tələbilə aksiya keçirib.

Yenixeber.org: Bunu adının çəkilməsini istəməyən aksiya iştirakçısı bildirib. 

O deyib ki, əvvəl keçmiş Qumadası Neft Qaz Çıxarma İdarəsi adlanan bu idarə sonradan özəlləşdirilərək “Bahar” Enerji Əməliyyatı Şirkəti adlanıb.

Aksiya iştirakçısı deyib ki, bu ilin mayından maaşlarının 10-25%-ini alıblar: “Bu 6-7 ay belə davam etdi. Son üç ayda isə ümumiyyətlə, maaşlar verilmir. Hansı ki, bu idarə hər gün 600 min kub.metr qaz istehsal edir. Neftin həcmi nəqədərdir bilmirəm. Odur ki, bu haqda danışıram”, -aksiya iştirakçısı bildirib. 

 

Onun sözlərinə görə, fəhlələrin önünə çıxan “Bahar” EƏŞ rəhbərliyinin təmsilçiləri maaşların verilməməsini SOCAR-ın ödəniş etməməsilə əlaqələndirir. “SOCAR pulu ödəsə, biz də sizə pul ödəyərik” deyə onlara verilən cavabı diqqətə çatdırıb.  

Maaşını ala bilmədiyini deyən əməkçiyə görə, burada aydın olmayan budur ki, digər şirkətlərin fəhlələri maaşlarını alırlar, amma “Bahar” EƏŞ-in fəhlələrinə  maaşlar verilmir: “Biz də yəqin bilmirik ki, SOCAR pulu ödəmir, yoxsa Əməliyyat Şirkətinin rəhbərliyi bizi aldadır? Ona görə də bu məsələ beləcə həllini tapmamış qalır”,-  neftçi bildirib.         

Aksiya iştirakçısı deyib ki, hər dəfə müraciət etdikdə rəhbərlik onları yalan bir ümidlə yola salır: “İndi də ilin sonu. Deyirlər ki, SOCAR-ın şirkətə 12 milyon dolar ödəyəcəyi var.  Amma biz artıq ailə-uşaq üzünə baxa bilmirik, onların yanında da yalançı çıxmışıq. Odur ki, vəziyyət belə açıq qalmaqda davam edir”, - aksiya iştirakçısı bildirib.  

 

 Məsələ ilə əlaqədar SOCAR və Bahar Energy-dən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, şirkət "Green fields Petroleum" şirkətinin (sözügedən yataqlarda 80% paya sahibdir) törəmə şirkəti kimi "Bahar" və "Qum-dəniz" yataqlarında əməliyyatlar həyata keçirir. Qalan 20% SOCAR-a məxsusdur.

Yataqlardan ümumi hasilat 4 400 gündəlik bareldir. Yataqların qalıq ehtiyatları 150 milyon bareldən çox qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam