Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Komendant saatının ləğvindən sonra SMS icazə tətbiq ediləcək?

 

Dünyada və Azərbaycanda Covid-19 infeksiyasına yoluxma həddi indiyə qədər qeydə alınan statistika üzrə ən yüksək göstəricidədir.

Yenixeber.org: Biz bu materialı hazırlayan zaman dünyada 67 milyon 457 min 650 nəfər koronavirusa yoluxan vardı. Bu virusdan ölənlər isə 1 milyon 542 min 910 nəfərdir.

Son 24 saatda dünyada koronavirusa 535 min  8 nəfər yoluxub, 7 min 537 nəfər isə dünyasını dəyişib.

Dekabrın 6-na olan məlumata görə, hazırkı dövrədək Azərbaycanda 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.


Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Son gün ərzində test sayı 19197 olub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb


Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

Dünyada artıq vaksinasiya prosesi başlayır. Doğrudur, ÜST tərəfindən hələ ki, hər hansı bir vaksin qeydiyyata alınmayıb. Lakin bununla belə ABŞ, İngiltərə, Çin, Türkiyə, Rusiya kimi ölkələrdə mövcud vaksinlərlə könüllü şəkildə insanların peyvəndlənmə prosesinə başlanılır.

Azərbaycanda isə TƏBİB açıqlama verib ki, yalnız ÜST tərəfindən qeydiyyata alınan vaksin alınıb, vaksinasiya prosesi başlanılacaq.

Ekspertlər bildirirlər ki, qeydiyyata alınmayan, yoxlanmayan vaksinin yan təsirləri ola bilər. Bu isə insanların sağlıq durumunun riskə atılması deməkdir. Bəs indiki vəziyyət hara aparır? Ölkədə karantin daha da sərtləşdirilə bilərmi? “Yeni Müsavat”a danışan  həkim Ədalət Rüstəm bildirib ki, hazırkı vəziyyətdə Azərbaycanda sərt karantin rejiminə keçməz zəruridir: “Ölkədə yoluxma sayı durmadan artır. Ailə daxili yoluxmalar geniş yayılıb. Demək olar ki, nəzarət də yoxdur. Lakin hesab edirəm ki, aprel ayında olduğu kimi, sərt karantin rejimi tətbiq edilməlidir. Bu, prosesin yavaşlamasına səbəb ola bilər. Eyni zamanda dünyada istifadə edilən vaksindən ən azı 1 milyon doza alıb, risk qrupuna daxil olan xəstələrə vurmaq lazımdır. Dünyada yaxın günlərdə vaksinasiya prosesi başlayır. Azərbaycanda da bunu tətbiq etsələr, yoluxmanın sayı xeyli aşağı düşər. Hesab edirəm ki, artıq vaksin almağın zamanı çatıb. Bundan əlavə də, dediyim kimi, karantin rejimi sərtləşdirilməlidir. Koronavirusa yoluxanlar da diqqətli olsunlar. 6 ay sonra immunitet olmur və təkrar  yoluxma mümkündür. Sosial məsafə saxlamaq, maska taxmaq və digər karantin qaydalarına əməl etmək hələ ki, ölkəmizdə tək çıxış yoludur və buna əməl edilməlidir”.

Qeyd: Azərbaycanda hərbi vəziyyət dekabrın 12-də ləğv ediləcək.(demokrat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam