Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anarı və Çingiz Abdullayevi istefaya çağırdı

 

Anarı və Çingiz Abdullayevi istefaya çağırdı

Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevə açıq məktub yazıb.

Yenixeber.org: O, sözügedən mətndə A. Rzayev və qurumun digər yaşlı rəsmi şəxslərini ietefa verməyə çağırıb: 

“Salam, hörmətli Anar Rzayev!

Bildiyimiz kimi bu gün ölkədə köklü şəkildə kadr islahatları aparılır. Zamanla ayaqlaşaraq gənclərə yol vermək, bütün sahələrə yeniləşməni gətirmək günün, idarəçiliyin ana xəttidir. Hətta Prezident İlham Əliyev bu istiqamətdə yaşlı vəzifə sahiblərinə çağrışlar da etdi.

Amma həmin çağırışlara 81 yaşlı AYB rəhbəri olaraq nə siz cavab vermək istəmirsiniz, nə də AYB-nin digər rəsmiləri. Təbii ki, mən “cavab” deyərkən hansısa mətbu orqana açıqlama, müsahibə verməyi nəzərdə tutmuram. 

Hal-hazırda sizin, eləcə də AYB-nin digər rəsmləri olaraq 84 yaşlı Fikrət Qocanın, 60 yaşlı Çingiz Abdullayevin, AYB rəhbərliyində gəncləri təmsil edən, yaşı 30-a qədər olan gənclərin məsələlərinə baxan, 55 yaşlı Rəşad Məcidin, 76 yaşlı İntiqam Qasımzadənin Prezidentin çağrışına cavabı yalnız istefa ərzsini yazmaq olmalıdı.

Hörmətli Anar Rzayev!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam