Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Axı, mən əsgər atasıyam!

 

Oğlum artıq əsgərdir. Qürur hissi keçirirəm.

"Xeberinfo.com":  Səmimi olam gərək: oğlumu hərbi xidmətdən yayındırmaq istədim. Hətta səhhətindəki xırda problemlər bu istəyimi gerçək də etdi. Lakin o, istəyimin əksinə getdi, ərizə verdi, könüllü olaraq xidmətə yola düşdü.

 

Qələm dostlarımın oğlanları - Saday Şəkərlinin Əsədi, İlham Qəhrəmanın Nicatı, İbrahim İbadoğlunun Bəyazidi, Vəli Xramçaylının Elayı , Sabir Yusifoğlunun Emin və Cavidi, Əlirza Həsrətin Ülvisi artıq xidməti başa vurublar, evlərindədirlər.

 

Fərqanənin Ülfəti sərhəddə, Narıngülün və aktyor Ağalar Bayramovun adaş olan övladları - Nicatlar səngərdədir.

 

Yazar dostlarım arasında oğlanlarına və özlərinə xidmətə yarasız olduqları barədə hərbi bilet alanlar da var. Etiraf edirəm ki, onlar Vətən sevgisindən daha çox yazırlar...

 

Turalın: “Ata, təhsil aldım, hələ bir az da işləmişəm, indi əsgər getmək fikrim var”, - sözlərinə “get, biz kimdən əskiyik ki!” – cavabını verməyə özümdə cəsarət tapdım - baxmayaraq ki, əlində hərbi bileti vardı.

 

***

Oğlum əsgər gedir, demək mən artıq əsgər atasıyam! Əsgər əmisi, əsgər dayısı olmuşdum. Əsgər atası olmanın şərəfini mənə Tural yaşadır.

 

Çağırış vərəqini aldıqda isə yazdım ki, Tural bir neçə gündən sonra xidmətə yola düşür, mən isə artıq səngərdəyəm...

 

Tural həm də şairdir. Bir kitabı da işıq üzü görüb. Təfəkkür və Bakı Slavyan Universitetini bitirib. Hələ iki daşın arasında imkan tapıb Dənizçilik Məktəbində də qiyabi oxudu...

 

Bir dəfə ondan soruşdum ki, harada işləyəcəksən?

 

- Hər halda sənin gözlədiyin kimi bankda işləməyəcəm, - dedi.

 

Elə də oldu. Dostların köməyi ilə banklardan birinə işə düzəltdim. Bir neçə gündən sonra:

 

- Bacarmıram, jurnalistika ilə məşğul olmaq istəyirəm, - dedi.

 

Dediyini elədi…

 

***

 

Nədənsə mənə elə gəldi ki, o, heç başa düşülmədi, işlədiyi kollektivdə insanlarla münasibət qurmağı bacarmadı. Onun haqqında xoş da danışdılar, üzünə də güldülər, amma rəhbərliyə işinin öhdəsindən gələ bilməyən kadr kimi tanıtdılar.

 

Bunu ağrı etdim özümə...

 

Tural şeir kitabının adını “Bütün kişiləri mən biləcəksən” qoyub. Şair dostum, professor Elçin İsgəndərzadə bu kitabı ona hədiyyə olaraq nəşr edib. “Sən gələnə qədər birini də dərc edəcəm, – dedi Turalla yola düşməzdən qabaq görüşəndə. - Gələndən sonra da 3-cü kitabını. Sən ancaq yaz!”

 

***

 

O, həm də sadəlövhdür.

 

Mənim oğlumun mənfi cəhətləri də var. Bunu mənə dostlarım, tanışlarım, tanışım olmayıb məni Turala görə tanıyanlar deyib: “Maşallah, tərbiyəli, istedadlı oğlun var, amma bir çatışmayan cəhəti var ki, ürəyi təmizdir, hər kəsə etibar edir, inanır, özü kimi görür”.

 

Dəhşətə gəlirəm, zəmanəmizin insana verdiyi dəyərə bax, kriteriyaya nəzər sal: ürəyi təmizlik - çatışmazlıqdır.

 

Bir dəfə tanınmış bir qələm adamının  jurnalist oğlu mənə zəng vurdu: - Faiq müəllim, Turaldan müsahibə götürdüm, heç gözləmədiyim cavabları verdi, sərrast və məntiqli.

 

Onu aldatmağa nə var ki! Mən onu kitabların, kinoların qəhrəmanları kimi böyütdüm. Hər üzündən selik axan həyatın, dünyanın yazılmamış qanunlarından uzaq tutdum, “saf ol, dürüst ol, insanlara güvən” dedim! Çox sonralar isə türmədən ona bir şeir ünvanladım:

 

Ayağının altındakı

daşa inan

başının üstündəki

quşa inan,

İnsanlara inanma, oğlum.

 

Amma çox gec idi. O, insanlara güvəndi, inandı... və yaxşı da elədi, bu da bir həyat məktəbidir. O qədər çətinliklər görəcək ki!

 

Oğlum bu gün əsgər getdi! Sevinirəm!

 

Ordumuza güvənirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müdafiə nazirimiz Zakir Həsənova, Turalın xidmət edəcəyi korpusun komandiri Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova və bütün zabitlərimizə, əsgərlərimizə, eləcə də Milli Ordumuzun əsgəri, sıravi Səfərli Tural Faiq oğluna - oğluma güvənirəm.

 

Hər biri ilə fəxr edirəm.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam