MÜDRİK KİŞİ
Respublikada ilk müstəqil “AZƏRQUŞSƏYE”nin
yaradıcısı iqtisad elmləri namizədi Mehdi Məmməd
oğlu Məmmədovun xatirəsinə həsr edirəm
Dövlətinə sadiqiydi, sözü bütöv zərgər kişi,
Yaratmaqda alimiydi, istehsalda dərin kişi,
Özülündə mökəmiyidi, qurub- tikən aqil kişi,
Xalqı üçün gərəkliydi, yarışlarda qalib kişi,
Çıxışında natiqiydi, uzaqgörən-müdrik kişi.
Təyinatdan xoflananlar, için çəkib ağız büzdü,
Keçmiş qurdlar, fal udanlar, nöqsanlaşıb höcət çözdü,
Dolaşıqlıq yaradanlar, şadlıq qurub şərab süzdü,
Ümidləri puç olanlar, qan ağlayıb qəmdə üzdü,
İş bilməzi eşitməzdi, uzaqgörən-müdrik kişi.
İqtisadi inkişafda qanunlara isnad edən,
Unutmayıb hər addımda, aliliyinə hörmət edən,
İstehsalın xərclərində, qənaətə ənam verən,
Zərər verən sahələrdə, qüsurları kökdən üzən,
İş bilənə dəstəkiydi, uzaqgörən-müdrik kişi.
Qanunları alıb baxıb, vərəqlərdi birər-birər,
Ustadları dəvət edib, dinləyərdi sona qədər,
Müdirləri biryer edib, öyrənərdi varmı zərər,
Toplantını təşkil edib, öyrədərdi varlı işlər,
Öz işində baharıydı, uzaq görən-müdrik kişi.
İstehsalın çoxluğunda keyfiyyəti önə çəkən,
Məhsulların satışında qaydalara göz yetirən,
Zəhmət çəkən insanları mənzillərlə təmin edən,
Tənqid yazan jurnalisti düz hədəfə tez yetirən,
Aşkarlığın dayağıydı, uzaqgörən-müdrik kişi.
Sərmayənin qoyuluşu, planlıydı, əsaslıydı,
On min nəfər zəhmətkeşə iş yerini acmışıydı,
Çeşid-çeşid məhsullardan dükanlarda bolluquydu,
Quşçuluğun şan-şörəti Sovetlərdə qalxmışıydı,
İstehsalın atasıydı, uzaq görən-müdrik kişi.
Sanki haqdan göndərilmiş peyğəmbərin əvəziydi,
Məhsuldarlıq anlayışı ondan ötrü tərəziydi,
Nöqsan tapsa istehsalda, kollektivlə gəzəsiydi,
Günahkarı toplantıda tənqidiylə əzəsiydi,
Elmi bilik sahibiydi, uzaqgörən-müdrik kişi.
İstehsalın təşkilində elmi əsas qanunuydu,
Kadrlardan toplantıda sorğu-sual sonsuzuydu,
Sərəncamlar, tələblər də, şəraitə uyğunuydu,
Plan tutan planında normativə vurğunuydu,
Maliyyəni biləniydi, uzaqgörən-müdrik kişi.
Milyard dollar vəsaiti qoyub getdi vəzifədən,
Dada çatdı itməz irsi, faktlar çıxdı mühasibdən,
Etalondu təcrübəsi, hesabatda rəqəmlərdən,
Tər-təzədi irsi-dərsi, silinməzdi diqqətlərdən,
Səviyyədə Harri idi, uzaqgörən-müdrik kişi.
Ümidiydi hər bir evdə, şölənənən çıraqıydı,
Bilinməzlik yollarında gənclər üçün mayaqıydı,
Dinclik vardı kölgəsində, kökü dərin dayaqıydı,
Kərəm əli vardı onda, həm də fateh sayaqıydi,
İri gözlü simayıydı, uzaqgörən Mehdi kişi.
Azadlığın dəstəsindən, nümayişdən qalmazıydı,
Ağ ayının gülləsindən, təhdidindən qorxmazıydı,
Bir kimsəyə əyilmədən, həqiqəti danmazıydı,
Güclü idi xainlərdən, zərbələrdən sınmazıydı,
Ortaboylu bir şəxsiydi, uzaqgörən Mehdi kişi.
Mən bu yazımda Mehdi Nəmmədovu ixtisasca mühasib olan ABŞ-nın prezidentlərindən biri Harri Trumenlə müqayisə etməyi layiq bilmişəm.
Harri haqqında arayış: Harri Trumen 1945-1953 –cü illər arasınada ABŞ-ın prezidenti olmuşdur. “Missurili senator fərsiz adam deyildi. O da bir cür istedada, səliqə və işgüzarlıq istedadına malik idi. Xüsusən də maliyyə məsələlərində; Trumen senatın maliyyə ilə əlaqədar iki komitəsinin-pulburaxma və ştatlararası ticarət komitələrinin üzvü idi. Əgər Amerika Birləşmiş Ştatlarının konstitusiyasında ölkənin baş mühasibi vəzifəsi nəzərdə tutulsaydı, ora Harri Trumendən yaxşı namizəd tapmaq olmazdı... Uçota və nəzarətə olan ehtiras Harri Trumenin tanınmasına həmişə kömək etmişdi. İkinci dünya müharibəsi zamanı isə bu xüsusiyyət ona ümummilli şöhrət gətirdi”. A.B.Çakovski
İYUl 2011-Cİ İL