Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AY GƏLİN


"Xeberinfo.com":   
Dili sözlü ay gəlin
Üzü göyçək, ay gəlin
Sənə oğul vermişəm
Kəs səsini , ay gəlin. 
Bəlkə də unutmusan, 
Bu misalı, el deyər
El daşıyar, el yeyər
Oturmusan gəmidə,
Gəmiciylə dalaşma.
Ana ilə balanın,
İşlərinə qarışma.
Qeybət girsə,araya,
Haqq deyil, dediklərin.
Qəlbini kinlə suvar,
Bitəcək, əkdiklərin
Nə tökəcən aşına,
O çıxacaq qarşına.
Olsan oğul anası
Dad verəcək ağzına
Mən anayam, ağlaram
Ürəkdə sirr saxlaram
Gəlin, mənə yad olsan
Üzə durub, ağ olsan
EH...!!! 
Bax o zaman söylərəm
Vaxt, keçər zaman gələr
Yaşin o yaş olan da,
Vəzifən də yüksələr,
Oğlun da bir qız sevər
Arzu muradın olub,
Evinə gəlin gələr,
Ümidlərin puç olar.
Gör sən nələr çəkərsən
Günahkarm söyləyib,
Əkdiyini biçərsən!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam