Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Meyid “qatov”

   "Xeberinfo.com":Qəribə dünyada yaşayırıq. Elə bir dünyada ki, bu dünyada itin-pişiyin yeri var, fəqət müsəlmanın yeri yoxdu. Göydən enən Vladimirin, yerin altından çıxan Dəccalın törəmələri müsəlmanın başını salıblar məngənə arasına. Artıq müsəlmanın başından əsər-əlamət qalmayıb, abi. Deyirəm belə baxanda azəri-türkü (mən qarışıq) düz yoldadı. Müsəlman olub başqalarına başını əzdirincə, yaxşısı budu müsəlman olmayasan. Hərçəndi bu yol da Cəlilabad YKT (Yolu kəlbəcərlilər Tikir)-nın çəkdiyi asfalt yollar kimi əndirəbadidi. Əndirəbadi demişkən, o gün Cəlilabad Əmək və Əhalinin Sosial müdafiəsi Mərkəzinin əməkdaşlarından biri bəyan edib ki, bizim rayonda heç kimə Ünvanlı Sosial Yardım düşmür. “Heç kim” kateqoriyası kimlərə şamil edilir deyə bilmərəm, amma “yardımçının” məntiqinə əsaslansaq ilk növbədə rayonumuzdakı Mərkəzin fəaliyyətinə xitam verilməlidir. O mənada ki, yardıma ehtiyacı olan yoxdursa, insanların sosial durumu yüksək səviyyədədirsə bu tip qurum ləğv edilməli, işçiləri ixtisara salınmalıdır. Bəla odur, Tibbi Sosial Ekspert Komisiyasının xidməti personalı da belə bir fikirdədir ki, Cəlilabad rayonu ərazisində əlillik dərəcəsinə layiq xəstə də yoxdur. Maşallah, min dəfə maşallah, göz dəyməsin, gözü dəyənin gözü çartlasın... Doğurdan da böyük naliyyətdir və bu cür sağlam, yardıma ehtiyac duymayan cəmiyyətin formalaşmasında müsəlmançılıqdan imtina etməyimiz müstəsna müsbət hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi müsəlmançılıqdan imtina etməyin xeyrini hər an, hər saat hiss edirik. Elə götürək yas mərasimləri ilə bağlı təklif edilən islahatlar paketini. Bir müsəlman bəndəsi tapılıb, cəmiyyətə sırınan bu məsələnin mahiyyətini mənə anlatsa, utanıb-xəcalət çəkmədən, dəccaldan-filandan qorxmadan müsəlmançılığı qəbul edəcəm. Axı necə ola bilər, hər bir Azərbaycan vətəndaşı kredit götürüb bazdığa sərf edə bilər, amma dədəsinə-nənəsinə ehsan verə bilməz?! Madam ehsan vermək qəbul edilən əməl deyilsə, elə birdəfəlik yas mərasimlərini ləğv edək ki, elmi və əqidəsi ilə nə vəhabinin, nə nurçunun, nə sələfinin, nə işidçinin qarşısına çıxa bilməyən molla və mollakünələrimizin biznesi bağlansın. Məncə qəbirstanlıqları da yığışdırmağın zamanıdı. Ölüsü ölən zəhmət çəksin öz ölüsünü həyətində basdırsın. Şükür Allaha, məmləkətimizdə həyəti olmayan yoxdu. Pis halda, həyəti olmayan həyəti olandan borc sahə alar. Məncə, borca sahə almaq, kredit götürüb mollanın cibini doldurmaqdan, başdaşı qurdurmaqdan min dəfə sərfəli variantdır. Uzaq başı bir çolaqqa qazırsan və xarakterinə, qabiliyyətinə uyğun şəkildə ölünü itələyib salırsan həmin çolaqqaya. Vəssalam, şüttamam. Meyid “qatov”.   

Yazının “daban”ı: Düz yeddinci aydır məmləkətimizə bir damcı  yağış düşmür. Əksinə, buddist, satanist, xristian məmləkətlərini sel-su aparır. Sizləri deyə bilmərəm, lakin mən bir fərd olaraq Böyük Yaradanın belə aydın və güzəştsiz davranışlarının şahidi olmamışdım. Nəsə var. Fikirləşməyə dəyər.

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam