Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şair Vahid Əzizlə görüş keçirilib(FOTO)

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib.

Yenixeber.org: İdarədən verilən məlumata görə, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.

İlk olaraq filialın müdiri Gülşən Abbasova qonaqları salamlayaraq, şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, şair Vahid Əziz 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub. Şair Azərbaycan Politexnik İnstitutunu bitirsə də əmək fəaliyyətinə ədəbi mühitdə başlayıb. Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlayaraq şair bu günə qədər dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Şairin sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”,“Əllərimin kölgəsi” (“Тень моих рук”–rus dilində),"Dözmək olmur", 4 cilddən ibarət “Şerlər, poemalar, tərcümələr, publisistika” adlı kitabları oxucular tərəfindən sevilərək oxunur.

Tədbir zamanı oxucuların suallarını cavablandıraraq Vahid Əziz öz şerilərini ifa edib. Şair “Xatirə kitabı”na ürək sözlərini qeyd edərək yeni kitablarını kitabxanaya hədiyyə edib. Daha sonra şairlə xatirə şəkilləri çəkdirilib.(trend)

  •  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam