Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kitabxanada Elxan Elatlı ilə görüş


 

      Oktyabrın 19 da Azərbaycan Texniki Universitetinin Kitabxanasının təşkilatçılığı ilə Universitetdə  tanınmış yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə oxucuların müəllif  görüşü  keçirilib.

     

      Xeberinfo.com:  Universitetin  tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov tanınmış ədibi salamlayaraq AzTU tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib.Görüşdə  gənclər birliyinin fəallarındanI kurs tələbəsi Həsənova Yeganə Elxan Elatlı yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.Çıxışda Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimova həsr edilmiş  “ Qisas gecəsi”, Xocalı soyqırımından bəhs edən  “Cəhənnəmdən gələn səs” Azərbaycan milli Təhlükəsizlik , hərbi kəşfiyyat , prokurorluq və polis orqanlarının qəhrəman əməkdaşlarına həsr edilmiş əsərləri haqqında məlumat vermişdir.Tədbirdə yazıçının əsərlərindən ibarət elekrton sərgi -videorolik nümayiş etdirilmişdir.

Sonra dedektiv yazar Elxan Elatlıya söz verilmişdir. Öz növbəsidə yazar da,Texniki Universitetin tələbələri ilə görüşündən ikiqat məmnunluq hissi duyduğunu bildirərək, özünün də ali texniki  təhsili olduğunu vurğulamışdır. “Düşün bir az”,(məntiqi riyaziyyat məsələləri),”Maraqlı Məntiq məsələləri” əsərlərinin məhz ixtisasından bəhrələnməklə yarandığını qeyd etmişdir. Tədbir auditoriyanın maraqlı sualları və sualların müəllif tərəfindən cavablandırılması və müzakirələrlə davam etmişdir. Müəllif tələbələrə hərbi vətənpərvərlik, Qarabağ müharibəsi , vətənin qəhrəman oğulları , Azərbaycan həqiqətlərinin təbliği barədə geniş danışdı.

Tədbirin sonrunda tanınmış yazıçı ilə xatirə şəkli çəkdirildi. Müəllif öz əsərlərindən ibarət kitablarını kitabxana fonduna  hədiyyə etdi. Tanınmış yazar Elxan Elatlı Texniki Universitetin fəxri Qonağı diplomu ilə təltif edildi.

 

Hacıyeva Natavan

Azər Qaraqoyunlu

 

AzTU Kitabxana


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam