Azərbaycanda keçirilən "Bakı gözəli 2017” yarışmasının möhtəşəm final gecəsi baş tutub.

Yenixeber.org xəbər verir ki, yarışmada 11 xanım iştirak etsə də, onlar içərisində ən gözəli, 1-ci yerə laiq model Aysel Manafova seçilib.

"Bakı gözəli 2017” olan M.Aysel təəssüratlarını bizimlə bölüşüb: "Həqiqətən bu nominasiyaya laiq görüldüyüm üçün sevincliyəm. Məni seçən hər kəsə təşəkkür edirəm. Tac başıma taxılan zaman anladım ki, artıq finaldayıq və qalib mənəm”. Aysel Manafova keçən il "Miss charm of Azerbaijan” tituluna laiq görülüb, bu il isə Azərbaycanı beynəlxalq yarışmalarda təmsil edəcək.

Qeyd edək ki, qalibə tac, lent və Türkiyəyə istirahət kuponu təqdim olunub.