Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

28 MAY

 

 

28 MAY

 

     XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.

 

 "Xeberinfo.com": Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.

Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.

Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; “Rusiya ziyalısı”, “Rusiya sahibkarı” adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.

Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı…

Müsavatçılar millətçiydilər. Bu, çox gərəkli, zəruri, yüksək məziyyət idi: beynəlmiləlçi, kosmopolit imperiya məfkurəsinə qarşı çevrilmiş düzgün yol, xətt, yön idi… Müsavatçıların məqsədi — Milli Dövlət yaratmaq idi, Milli Dövlət vasitəsiylə Milli Dirçəlişə nail olmaq idi: Müsavat millətçiliyində daşnak utopiyası və qəsbkarlığına bənzər yırtıcılıqdan əsər-əlamət yox idi, həmçinin gürcü əyanlığına bənzər təşəxxüsdən də azad idilər müsavatçılar: uca ziyalılıq səviyyəsindəydi Müsavat millətçiliyi, fitri yurdçuluq səviyyəsində…

Marksist millətçi ola bilməz, çünki marksizm millətlərin bir-birinə qovuşması və vahid fövqəlmillət — xalq yaranması ideyasına əsaslanır…
  
Marksistin yurdsevərliyi qeyri-təbii və sünidir.
O, gec-tez «məhv olmalı», «ləğv olmalı» bir varlığı necə sevə bilər? O ləğvinə, məhvinə çalışdığı bir varlığı necə sevə bilər?

Marksistsüur – üzvisurətdə antimillətçi, beynəlmiləl, kosmopolitsüuridi. Busəbəbdəndə həmimperialistlər, həmkommunistlərmillətçiliyə qarşıydılar

Nərimanovlarınyurdsevərliyimarksist, kommunist «yurdsevərliyi» idi: yəni əslində kosmopolit, beynəlmiləlçi «yurdsevərlik» idi; NərimanovlarınRəsulzadələrə qarşı durması zəruriidi: beynəlmiləlçilikmahiyyətcə antimillətçilikdir: — hakimmillətbeynəlmiləlçiliktələsində millətləri əridir, məzlummilləthəmintələdə əriyir

XX əsrin siyasi dünyası Millətçiliyə qarşıydı — millətçilik Fədakarlıq Rəmzinə çevrilmişdi.

Müsavatçılar Milli Dövləti tək qura bilmədilər: İttihadçılarla və sosialistlərlə birgə qurmalı oldular. İttihadçılar islam kosmopolitizmi, sosialistlər marksizm kosmopolitizmi gətirdilər hökumətə; Bayraq çoxrəngləşdi, şüar çoxmüddəalaşdı: islamlaşma – türkləşmə – qərbləşmə calağı yarandı.

Millətçilik kosmopolitizmlə, özümlük özgələşməylə çulğalaşdı.

Mahiyyətcə Birlik əvəzinə — ideoloji, siyasi xaos yarandı: həmin xaos – qarışıqlıq – Milli hökumətin devrilməsini əsaslandırdı; əslində Müsavat Partiyasından başqa parlamentin heç bir partiyası Milli hökuməti müdafiə etməyə cəhd göstərmədi.

Ağamalıoğlunun «O olmasın, bu olsun!» məzhəkəçiliyi buna aydın sübutdur.

Müsavatçılar kommunist təhlükəsini tam qavramadılar; kommunist təbliğatına, yalanına — fəhlə hakimiyyəti, zəhmətkeş dövləti vədinə qarşı — öz həqiqətlərini deyə bilmədilər; zəhmətkeşləri kommunist mövhumatından ayıra bilmədilər. Bu səbəbdən zəhmətkeşlər Milli dövləti müdafiə etmədilər.

Müsavat hökuməti güclü dövlət yarada bilmədi, bolşevik Rusiyasının zorakılıq, fitnəkarlıq əməlini düzgün qiymətləndirmədi; ölkəmiz demək olar ki, müqavimətsiz zəbt olundu.
28 May millətçilik dərsidir — öyrənməli, ötməli.


İşıq ayı, 14-cü il, Bakı.
(May, 1992)

 

www.asifata.com

 

[email protected]


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam