Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BU SEVGİ DEYİLDİ...

BU SEVGİ DEYİLDİ...

 

Xeberinfo.com:  

 

Bu sevgi deyildi,
istək deyildi,...
Adını bilmədim--belə dərd də var.
Hələ bir hərfi də kəşf olunmayıb,
Nə dildə yaranıb,
nə lüğətdə var?!
Bu, sevgi olsaydı, qaysaq tutardı,
Zaman sağaltmayan
bir yara yoxdu.
Bu, istək olsaydı, öləziyərdi,
Necə illətdirsə,
bir çarə yoxdu..
Sanki perik düşüb söz də, misra da,
Mən ki hey yazardım dərddən- ələmdən. 
Bilmirəm heç nədən?
Bilmirəm, Allah,
Qələm məndən küsüb, mənmi qələmdən?!
Bir cansız qəfəsəm,
bir quru nəfəs--
Ruhumu apardın--nəyim qaldı ki?!
Yeganə sirdaşım --ürəyimi də
sinəmdən qopardın--nəyim qaldı ki?!
Fil ömrü yaşayım lap indən belə,
Üç yüz il, beş yüz il...
Varmı mənası?
Yer Göyə, Göy Yerə minnətə getsə,
qurulmaz dağılan könül dünyası!
Ay mənim itginim, halın necədir?
Sənsiz taleyimi 
qarğımaq peşəm.
Məcnun öz qoluna zəncir vurmuşdu,
mənsə hisslərimi zəncirləmişəm.
Səssiz fəryadımdır canımı yaxan,
Sənli xatirələr ən ağır yüküm.
Ardınca səpmişəm...
Yaşım quruyub,
bu canla bu qəhri nə təhər çəkim?!
Nolardı sevgidən,

istəkdən uca

bu hissə adamlar "hə" desəydilər!?

Buz kimi beyinlə qanun yazanlar

Nolardı ürəyi dinləsəydilər?!

 

 

Etibar Etibarli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam