Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qara Qarayev:Yaxşı təklif deyildi - MÜSAHİBƏ

Qara Qarayev:

 

 

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev "Səbail"lə çempionat matçından (1:0) sonra sualları cavablandırıb

Yenixeber.org:

- Əvvəlcə görüş haqda fikirlərinizi bilmək istərdik...

- Rəqiblər "Qarabağ"la oyuna xüsusi hazırlaşırlar. Çalışırlar ki, bizdən xal alsınlar. Biz də öz növbəmizdə hər görüşə yüksək motivasiya ilə çıxıb, qalib olmaq istəyirik. Məqsəd ən yaxın izləyicimizlə xal fərqini qoruyub saxlamaq idi. Çox şükür ki, istəyimizə çatdıq. Rəqiblər bizə qarşı aqressiya ilə oynayırlar. Həqiqətən də, işimiz zordu. Sanki biz daha ağır çempionatda oynayırıq, rəqiblərimiz isə yüngül çempionatda. Bu da normaldı. Lider olmağımız digər komandalarda bəzən qıcıq, bəzən həvəs, bəzən də istək yaradır. Gördüyünüz kimi, indi hər kəs futbol oynamağı bacarır. Artıq çempionatımızda böyükhesablı qələbə qazanmaq çətinləşib. Ən vacib 3 xal idi ki, buna da nail olduq.

- Son 2 oyunda meydana əvəzetmədən daxil olursuz. Bu nə ilə bağlıdı?

- Antalya toplanışının sonuncu günündə ayağımda möhkəm ağrılar oldu. Gözləmədiyim ağrılar idi. Zədə deyildi, yüklənmədən yaranmış problem idi. Bunu keçmişdim, amma yaxın günlərdə başqa nahiyəmdən zədə aldım. Buna görə də, "Səbail"lə matçda da gözləməli oldum. Zədələnmişdim deyə, baş məşqçi riskə getmək istəmirdi. Lakin mən heç olmasa əvəzetmədən oyuna daxil olmaq istədim.

- "Səbail"in oyunçuları çox aqressiv mübarizə aparırdılar. Bu, sizin üçün təhlükəli və ya qorxulu deyildi?

- Əslində, bu, bizə başqa komandaların da eyni cür oynayacağından xəbər verir. Biz də buna hazırıq. Çalışacağıq ki, bütün görüşlərdə nəticə qazanaq.

- Mahir Mədətov bugünkü matçda 2 real qol şansını qaçırtdı. "Qarabağ"dan ayrılan Dino Ndlovunun yoxluğu hiss olunurmu?

- Gedən oyunçu haqda "yeri görünür, bizə lazım idi" demək komandama sayğısızlıq olar. Gedibsə, deməli, baş məşqçimiz belə məsləhət görüb. O, bizdən daha yaxşı bilir. Amma sözsüz ki, Dinonun olması bizə kömək idi. Lakin onun yoxluğunun "Qarabağ"a problem yaratdığını düşünmürəm.

- Avropadan təklif gəlmir, ya özünüz "Qarabağ"dan getmək istəmirsiz?

- Vallah, təklif yoxdu. Təklif olmuşdu. Amma mən qərar verməmişdən qabaq ölkəmi, milli komandamı fikirləşirəm. Gələn təklif bizim futbol adına yaxşı təklif deyildi. Mənə təklif göndərən komanda ilə müqayisədə "Qarabağ" hər il avrokubokda qrup mərhələsində oynayır. Buna görə də, qalmalı olduğumu düşündüm. Başqa təklif olsa, dəyərləndirmək istərəm. Təkliflərin az gəlməsinin çempionatımızda komanda sayının azlığı və ya başqa məqamla bağlı olduğunu bilmirəm. 3-4 il əvvəl olsaydı, aldığım təklifi dəyərləndirib, tramplin kimi istifadə edə bilərdim. Amma indi o yaşda deyiləm, oynamaq lazımdı. Heç kim zəmanət vermir ki, getsəm, necə olacaqdı? Burda ən azından stabil oynaya bilirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam