Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GÖZƏLİM


 

Xeberinfo.com:  

 Mən ki, bimarın idim, qıymadın şəfa , gözəlim,

Demə, olmurmuş elə gözəldə vəfa, gözəlim.

 

İncimiş ruhum sənin xəyalının girifdarı,

Əqlim, huşum da itib, qalmayıb qafa, gözəlim.

 

Eşqini qismətim sanıb, aldanmışam, çarə nədir?

 Dadmadım vüsalını, sürmədim səfa, gözəlim.

 

Getdi Məcnun zamanı, ta dəli olmaq xülya,

 Mən təkəm, yox belə insan, belə tayfa, gözəlim.

 

Saldı zindana Yusifi Züleyxa-- ol eşq əsiri,

 Tor gəldi öz gözlərinə, qaldı binəva, gözəlim,

 

 Gəl, indi gen dünyanı sən mənə zindan eləmə,

 İnan, Züleyxadan betər çəkərsən cəfa, gözəlim.

 

Yazılsaydı bəxtinə gər səadət Etibarlının,

 Çoxdan gələrdin bəlkə də rəhmə, insafa, gözəlim.

 

 

ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam