Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BƏHRİ-TƏVİL


Xeberinfo.com:  Dil danışır, biz eşidək dəyişməyir dəyanət, mətanət, səxavət. Yol yerinə kol göstərən siyasət, sonda olur xəyanət, yuxu olur arzular, başa keçir xəyalət. Mən də, deyim siz eşidin, dərdə düşür əyalət, söz oynadır səfalət. Nadan olur bu millət hökm etdikcə cəhalət. Harda qalıb cəsarət, fərasət, mən etmirəm zərafət. Millətimiz dünən, bu gün acdısa nəyə gərək REFERENDUM... ziyafət. Yaraşırmı, bizlərə bu, belə paltar qiyafət.Söz altında söz oynadan, bataqlıqdır siyasət. Ağıllı ol a millətim, keçmə tora, getmə gora, bir dillən ki, düşmə zora. Nə qalmısan ordan-burdan söz qaparaq, sora-sora. Səsin çıxsın, mən də varam, bu torpağa mən də yaram. Qan axıdır mənim yaram dözəmmirəm söyləsənə, Qarnın acdır çörək baha, bir desənə bəsdir daha.Dözənmirik, anlamırıq çözənmirik, öldürürsən ölənmirik. bağlı qapı açıq deyil döyənmirik, dövlətimiz var deyibən öyənmirik, dil qısılır söyənmirik.Neyləyək ki, biz beləyik, beşikdəki yatmış uşaq qığıldayan bir bələyik. Bir ayıl sən, ağlasana, bağırsana, haray salıb çığırsana, tələb elə haqqına qaç, söyləsənə öz sözünü, rədd olun ha satğına qaç. Düyünləri vurdun özün, tələsginən bacar bunu gəl özün aç...!!!!

 

MƏLEYKƏ ABİD


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam