Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kitab təqdimatı keçirilib

 

         "xeberinfo.com": Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında  pedaqogika üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavini Mirhəsən Eminovun “İngilis dilinin tədrisi metodikası” fənninin tədrisində İKT-nin tətbiqi təcrübəsindən (Müxtəsər izahlar və sxemlər) kitabının təqdimetmə mərasimi keçir   Tədbiri rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq vurğulayıb ki, universitet əməkdaşı Mirhəsən Eminovun əməyinin bəhrəsi olan yeni dərs vəsaiti ingilis dilinin tədrisində həm müəllimlər, həm də tələbələr üçün dəyərlidir. Qeyd olunub ki, yeni dərs vəsaiti tələffüz vərdişlərinin aşılanması, qrammatikanın mənimsədilməsi və lüğətin öyrədilməsi, şifahi nitqin, oxu və yazı təliminin İKT vasitəsilə öyrədilməsi, eləcə də dərsin planlaşdırılmasını beynəlxalq standartlar səviyyəsində həyata keçirməyin müxtəlif yollarını özündə əks etdirir. Rektor, xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn bu vəsaitin, dil öyrənənlər üçün layiqli töhfə olduğunu bildirib. İngilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ceyran Quliyeva yeni nəşr barədə ətraflı məruzəsində qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin  16 noyabr 2012-ci il  tarixli 2054 saylı əmri ilə metodik vəsait kimi təsdiq edilən bu kitabdan, ingilis dilini öyrənmək istəyən hər bir kəs bəhrələnə bilər. Vəsait hazırlanarkən uzunmüddətli təcrübə və müşahidələrə, mütəxəssis və dil öyrənənlərin istəklərinə istinad edilib. Kitabda təlimin metodlarından, kommunikativ dil tədrisindən, qiymətləndirmə növləri və formalarından, vizual materialların istifadəsindən, müəllimin müasir dövrdə, məhz interaktiv təlim metodunda daşıdığı vəzifələrdən və rolundan bəhs olunur. Vurğulanıb ki, kitabın bütün bölmələri önəmli, sistemli məlumatlarla zəngindir. Həmçinin kitabdakı bütün fikirlər mövzu ilə əlaqədar olan şəkillərlə zənginləşdirilib. Vəsaitdə beynəlxalq standartlara cavab verən peşəkarlıq fəaliyyəti üçün nəzəri baza yaratmaq məqsədinin reallaşdığını görmək olar. Metodik vəsait vasitəsilə tələbələrə müasir təlim üsulları, təlim texnologiyaları və dərsin təşkili forması ilə əlaqədar lazımi nəzəri biliklər vermək mümkündür. Burada təlim metodları ayrı-ayrı sadalanmış və onlar haqqında həm nəzəri, həm vizual xarakterli məlu Pedaqogika üzrə elmlər doktoru, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri Elbəyi Maqsudov, filologiya üzrə fəlsəfə doktoru İlhamə Məmmədova, magistr Sərcan Axundova çıxış edərək, nəşr olunmuş yeni dərs vəsaitinin əsas elmi məziyyətlərindən, müxtəlif yerli və xarici elmi mənbələrə istinadən yazılmasından danışıblar. Sonra müəllif tədbirin təşkilatçılarına, yeni kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

 


                    

               

                                                                                                           Mina Qasımova

     NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam