GÖRƏSƏN, NİYƏ MÜSƏLMAN CƏHALƏTƏ MEYLLİ OLUR?
Xeberinfo.com: Bu sual heç vaxt öz mahiyyətini itirməyib, hətta bu gün bir az da aktuallaşıb. Antik dövrdən sonra dünyəvi elmlərin beşiyi sayılan qoca Şərq bu gün düşdüyü girdabda çapalayır, canını qurtara bilmir. Müsəlman aləmi hələ də qan içində boğulmaqdadır. Əsrlər boyu bu aləmdə aydınlıqla cəhalət üz-üzə dayanıb və həmişə də cəhalət bir addım irəlidə gedib.
Bu hal xristiann dünyasında da baş verib: elm təqib olunub, orta əsrlərdə kilsənin inkivizasiya məhkəmələri mütərəqqi elm adamlarını qeyri-insani cəzalara məhkum edib, tonqalda yandırıb, dar ağacından asdırıb, kilyotinin ağzına verib başlarını bədənlərində ayırıb və s. Lakin sonralar Qərb sanki birdən -birə yuxudan ayılıb. Şərq alimlərinin elmi irsini öyrənməklə yeni -yeni elmi kəşflərə imza atıb, ən başlıcası, elmin nailiyyətlərini real həyata tətbiqi etməyə başlayıb. Artıq kilsə də öz yolunu seçib və elmi sivilizasiyanın önündən çəkilib, ona əngəl törətməyib.bu gün Qərb ölkələrində elmin və texnikanın inkişafı da, iqtisadi yüksəliş də göz qabağındadır.
Bəs Şərqdə necə? Şərqdə isə hələ də cəhalətin "yaşaması" üçün münbit şərait qalmaqdadır, xüsusilə, ərəb- müsəlman dünyasında cəhalət elmin də, iqtisadiyatın da inkişafında gözəgörünməz bir buxova çevrilib. Maralıdır ki, Peyğəmbərimizin (s) dediyi : Anadan olandan qəbrədək elm öyrənmək" kimi tövsiyyəsi bəlağətlə səsləndirilsə də mahiyyəti etibariyə tam gerçəkləşə bilməyib. Sanki ərəb dünysı ayrı bir aləmdə yaşayır, heç bir ərəb ölkəsi digərinin , o cümlədən türk-müsəlman ölkələrinin səsini eşitmir. yaxud eşitmək istəmir.
Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində baş verən qanlı hadisələr bir daha göstərdi ki, müsəlman aləmi bir-birinin faciəsinə laqeyd qalır, səsini belə çıxarmır. Birliyin olmamasının nəticəsidir ki, bu gün İraq, Suriya, Iivan, Əfqanıstan və Afrikada hazırda vətəndaş müharibəsinin cəngində can verən müsəlman dininə mənsub bir sıra xalqların yaşadığı ölkələr öz başı hayındadır.
Səudiyyə Ərəbistanı isə çoxdan "buğda yeyib. cənnətdən çıxıb". Gözü Kəbədəki nəzir qutusuna dikən və hələ də neftin hesabına " nəfəsi tox olan" . eyni zamanda ABŞ-ın "ətəyində namaz qılan" bu müsəlman ölkəsini elə bil bir kimsə maraqlandırmır. Anlamır ki, neft əbədi olmadığı kimi, ABŞ kimi öklələrin dostluğu əbədi deyil. Hələ ki, neft var və ərəb şeyxləri xurma ağacının altında sərinlənirlər. Ərəb əhalisi isə "Allahdan buyruq, ağzıma quyruq" deyə köməyi gözəgörünməzdən gözləyir. Ancaq unudurlar ki, Allah onu da deyib ki, səndən hərəkət, məndən bərəkət. Burda da cəhalət öz sözünü deyir. Ona görə müsəlmanlar burunlarından o yanı görə bilmirlər. Müsəlmanların bu xislətindən məharətlə istifadə edən xristian dövlətləri tarixi "səlib yürüşləri"nin yeni-yeni planlarını hələlik gzli surətdə müxtəlif vasitələrlə--terrorla, ərazi iddiaları ilə bağlı münaqişələrlə ( məsələn,"Qarabağ münaqişəsi kimi, yaxud İŞİD-ın törətdikləri kimi) həyata keçirir.
Müsəlman ayılmır ki, ayılmır. Bu dəmdə böyük Mirzə Cəlilin feyetonlarından birində bir nüansı xatırlatmaq yerinə düşərdi. Felyetonda Mirzə təxminən belə deyir: Elə ki, keçirsən erməni məhəlləsindən, görürsən erməni keşeşi "miatsum, miatsum, yəni torpaq, torpaq" deyə-deyə ayağını yerə vurur. Elə ki, keçirsən müsəlman məhələsindən molla minbərdən azan verir: cənnət, cəhənnəm. o dünya" və s.
Mirzə demişkən, dünya kələ-mayallaq oldu, müsəlman ayılmadı ki, ayılmadı--Qərb irəli getməkdə, Şərq isə yenə geri qayıtmaqdadır. Bu gün dünyada güc mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyəyə dəstək olmaqdansa, bu qanlı hadisələrə uzaqdan tamaşa edən İran və ərəb-müsəlman ölkələri unudurlar ki, belə bir "toy" onlar üçün də çalınacaq. Özənin çaldığı havaya oynamaqsa kölə "libasını" könüllü geymək deməkdir...
Etibar Etibarli..