Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“MTN-ə tamahsız, təcrübəli çekist rəhbər gətirilməlidir”

 

Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad etməsi bir neçə gündür ki, əsas müzakirə predmetinə çevrilib.

"Xeberinfo.com":   Qeyd edək ki, Eldar Mahmudvun işdən çıxarılmasından sonra Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 əməkdaşı həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verib və onlarn fəaliyyəti barədə  digər qanun pozuntuları faktları aşkarlanıb.

Məlumat üçün bildirək ki, ötən gün ölkə başçısının sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsini tutan Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini vəzifəsinə təyin olunub.

Sabiq nazir Eldar Mahmudovun yerinə isə hələlik təyinat olmayıb.

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin MTN-ə rəhbər gətiriləcək şəxsin kimliyindən asılı olmayaraq yüksək tələblərə cavab verəcəyinə ümid edir.

Modern.az saytının məlumatına görə, İxtiyar Şirin bununla bağlı bildirib ki,  təyin ediləcək yeni nazir tərbiyəli, savadlı, ağıllı, işgüzar, tamahsız, vətənpərvər, Azərbaycan xalqına və dövlətinə sədaqətli, mümkünsə təcrübəli və təhlükəsizlik orqanlarının işini bilən bir şəxs olmalıdır.

“Nazir işlədiyi dövrdə heç bir biznes fəaliyyəti olmamalı, əmlakı barədə ictimaiyyətə məlumat verilməli, gəlirləri ictimaiyyətin nəzarəti altında olmalıdır. 
Bu tələblər bütün vəzifəli şəxslərə şamil edilərsə, daha doğru olar. MTN-nin təqsirləndirilən keçmiş rəhbərliyi və əməkdaşları barədə heç bir fikir bildirmək istəmirəm.

Əgər onlar bizim bilmədiyimiz daha dəhşətli işlər də görüblərsə, gör ölkəni nə günə salıblar. Bütün bunlar hamımız üçün bir dərs olmalıdır.

İstintaq gedir və yəqin ki, hər şey qısa müddət ərzində aydınlaşacaq”.

Qeyd edək ki, İxtiyar Şirin AXC hakimiyyəti dövründə ölkənin baş prokuroru olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam