Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Hökm edir dünyaya qanıpozuqlar

 
Tükənir dilimdə sözüm, söhbətim,
Qəlbim yaz deyir, qələm eşitmir.
Dünyamı bürüyüb acı möhnətim,
Könlümə dağ çəkir dərdli zillətim.
*****
Tanmışam haqqı mən, qəlbin gözündə,
Allahın nuruyla ədalət doğur.
Sığınıb Allaha dərin sözümlə,
Çaşanda həmişə qəbahət boğur.
*****
Sükunət içində tufanqabağı,
Coşaraq ilhamım, aşıb daşacaq.
Qatacaq önünə daşı, çınqılı,
Qarşıya keçəni söküb atacaq...
*****
Qələmim qəliblə sözləri kəsir,
Düşünüb haqları nizama salır.
Kəsimlər salehsə əməldə görür,
Ruhumun küləyi dünyama əsir.
*****
Hökm edir aləmə qanıpozuqlar,
İnsanlar inanmır öz doğmasına.
Qırılan Fələstin, məsum cocuqlar,
Kənardan baxırlar öz komasına...
*****
Hər xalqın dərdi var özünə görə,
Öləndə müsəlman, acda müsəlman.
Allah səbr verirsə, dözümə görə,
Gözlərə girəsi "tac"da müsəlman...
*****
Zümzümə edirəm ləpələr kimi,
Dalğalar vuranda sahilə axım.
Ucalmaq istəyim təpələr kimi,
Nədən axı öfkəmi misrama taxım?!...
*****
Suallar içində aciz qalıram,
Sağıma söz desəm, solum dinləmir.
Hərdəndə notları bəmdə çalıram,
Eşidir, dinləmir susur, inləmir...
Təranə Şəms. 20.09.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam