Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Lənkəranda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabın təqdimatı olub-FOTOLAR

 

Lənkəranda Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimat mərasimi keçirilib.

Yenixeber.org xəbər verir ki, kitabın müəllifi yazıçı-jurnalist İradə Məlikovadır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan və talış dillərində nəşr edilib.

Kitabın Azərbaycan dilində redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dilində redaktoru isə şair-publisist Baləddin Veşodur. Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, ərəbşünas alim, talış icmasının sədri İmamverdi Həmidovdur.

Nəşrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri, eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşlər, zəhmət adamları ilə maraqlı söhbətləri, həmçinin həmin rayonların ziyalılarının dahi şəxsiyyətlə söhbətləri barədə xatirələri qeydə alınıb.

Çıxışlarda kitabın multikultural dəyərlərə əsaslanaraq Azərbaycanda yaşayan çoxsaylı xalqların azərbaycançılıq ideyalarına xidmət etməsindən, dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağından, Heydər Əliyev haqqında digər nəşrlər kimi, bu əsərin də geniş oxucu auditoriyası qazanacağından söz açılıb.

Qeyd edilib ki, azərbaycançılıq ideyasını və çoxmədəniyyətliliyi dəstəkləyən Heydər Əliyevin xidmətləri heç zaman unudulmur.

Sonda müəllif tərəfindən imzalanan kitablar tədbir iştirakçılarına təqdim olunub.(AZƏRTAC)


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam