Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

...."Narsisist"lərin insan ruhuna verdiyi fəsadlar...

 
*****
"Narsisist" sözü tibbi baxımdan günümüzdə çox işlədilən ifadələrdən biridir. Həmin tibbi termini izah etmək istəsək,  Ziqmund Freydin təbirincə desək " Xarici dünyadan təcrid olunmuş cinsi enerjini eqoya yönəltmək" kimi izah edilir. Narsisist insanlar özlərini çox sevən, özlərini üstün görən, hər zaman təqdir və imtiyazlı olduqlarına inanan və xüsusi münasibət gözləyən insanlardır. İnsan sağlamlığı üçün vacib olan özünə sevgi halı müəyyən bir səviyyədən sonra psixoloji narahatlıq yarada bilir. Əslində bu yönlü insanlar digərlərinin düşüncələri ilə maraqlanmadığı üçün böyük xəstəlikdən əziyyət çəkirlər. Bu tip insanları tanımaq üçün belə nəticəyə gəlmək olar ki,yaranmışlar xarakter baxımından müxtəlifdir. Elə bu qəbildən məndə bu insanlara öz baxışımla yanaşaraq gördüklərimi və bildiklərimi sizlərlə bölüşmək istədim. 

Yenixeber.org: İnsanların əksəri  yolagəlimli, həlim, söz, nəsihət dinləyən və həmdə çox təvəzökar olurlar. Amma həyatda bir türlü insan tipi var ki, düşündüklərimə tamamilə əks mövqeydə şəxsiyyətlərini sərgiləyirlər. Əsasən bu kimi insanlara ictimaiyyət arasında əksər  kollektivlərdə hətta ailələrdə rast gəlmək mümkündür. Belə insanlara tibbi baxımdan diaqnoz qoyularaq,  "narsisist" deyilir. Bu diaqnoz aşağıda qeyd edilən göstəriciləri özündə daşıyan xəstələrə şamil edilir və psixiterapvtlər tərəfindən müalicə götürürlər. Bu sahə üzrə Azərbaycanda tibbidə yetərincə öz sözünü deyən həkimlər var. Bu gün həyatda olmasada Ağabəy Sultanov bu sahə üzrə tanınmış həkimlərdən biri olub. Beləliklə "narsisist"lərin beş əsas özəllikləri var ki, gəlin onları tanıyaq:
1.Özünü böyük göstərmək( məs: məğlubiyyətinin üzə vurulmamasını, uğurlarına görə üstün tutulma gözləntisi)
2.Böyük naliyyət, güc, zəka, dərin və idial sevgi fantaziyası ilə məşğul olmaq.
3.Özəl olduğuna görə ancaq üst təbəqə tərəfindən başa düşülüb, onlarla münasibət qurmaq, lazım olduğuna inanmaq.
4.Hammı tərəfindən sevilmə gözləntisi.
5.İnsanlararası münasibətlərdə ancaq öz çıxarlarını düşünmə və başqalarına həsəd aparmaq...
Narsisistləri tanımaq üçün bəs edər ki, insanlar arasında olaq. Bu tipləri kənardan izləsək heç bir psixoloqdan məsləhət almadan sıradan vətəndaş olaraq, yuxarıda qeyd etdiklərimi düşünərək, kimlərin narsisist olduğunu ayırd edə bilərik. Belələri uşaqlıqdan mənfi xarakterləri ilə ətrafdan seçilirlər. Belə insanlarla ünsiyətə başlasan, bir anda özlərini qabarıq şəkildə göstərə bilirlər. Çünki əksər hallarda çox qaba davranışa malikdirlər. Qeyd edim ki, bu barədə bilgisi olan insan tez bir zamanda hiss edir ki, qarşısındakı mükəmməl bir " narsisist" dir. Onuda  nəzərinizə çatdırım ki, belə durum doğuşdan gəlmir. Sonradan qazanılmadır...
Yəni ailədən başlayır. Bəzi ailələrdə uşaqlar ya hədsiz ərköyün yetişdirilir, və əksinə nisbətdə valideynləri tərəfindən hədsiz əzilərək, alçaldılaraq böyürlər. Belə düşünməyə əsas var ki, hansı ailədə narsisist valideyn varsa, gələcəkdə  övladıda narsisist olur. Narsisist valideynlər uşaqlarının böyüməsinə necə mane olurlar? Gəlin, diqqət edək:
-Demək olar ki, bütün narsisist valideynlərin eyni ortaq cəhəti var. Məsələn: Uşaq hər dəfə hansısa yeniliyə  cəhd edəndə onun nə qədər iş bilməz, yaramaz olduğunu uşağın şüuraltına hopdurur. Bəzən, valideyn davranışını dəyişərək uşağa münasibətdə üstüörtülü yanaşır. Valideynlər daima uşaq üçün nələrisə  qədərindən çox edirlər, hətta uşaq təkbaşına öhdəsindən gəlsə belə...Övladına belə münasibət göstərən valideyn daima uşağın ata biləcəyi hər addımı nəzarətdə saxlayır. Təəssüf ki, valideyn övladının tamamilə müstəqil olduğunu görürsə münasibəti dahada "aqresiv" olur. Yəni valideynlər uşaqlara elə yanaşırlar ki, sanki o, real yaşından daha kiçikdir. Narsisist valideynlər uşaqları özlərinin davamçısı qəbul etdikləri üçün belə davranırlar. Əgər uşaq belə münasibətdən duyuq düşürsə, valideyn onu günahkar olduğunu təkrar- təkrar söyləyərək, daima qorxu və başqı altında saxlayaraq müəyyən  hiylələrlə idarə etməyə çalışırlar. Elə bu baxımdan da uşaqların ərgənlik dövrü belə valideynlər üçün olduqca çətindir. Bəzən belə valideynlər idarə etməni itirir və özləri pis vəziyyətə düşürlər. Demək istərdim ki, belə atalar və analar unutmasın ki, belə davranışla heç fərqinə varmadan övladlarını dərin uçuruma yuvarlayırlar. Beləliklə, uşaq inkişaf edib böyüdükcə xarakter formalaşır və dəyişməz olaraq, onların gələcək həyatına mənfi təsir göstərir. Bəzən, formalaşma dövründə uşaqların vəziyyəti valideyn tərəfindən hədsiz sıxışdırıldığından tibbi baxımdan elə vəziyyətə gəlib çata bilər ki, psixoloqa  müraciət edilərək müalicəyə cəlb edilə bilər.
Qeyd edim ki, belə insanlarla yola getmək, ünsiyyət qurmaq çox çətindir. Belə kəsimlərin şüur altında yatan " əziklik" sindiromu özləridə bilmədən addımbaşı nəzərə çarpır və real həyatda  özgüvənli olmadığını təstiqləyir. Bu tip insanlar heç vaxt bəyənməzlər  ki, kimsə onlardan üstün olsun. Onlar özlərini daha ağıllı, daha zirək bilirlər və hər an ünsiyyətdə  qarşısındakını aşağılamağa  çalışırlar. Bəzi narsisistlər də  var ki, uşaqlıqdan şıltaq olaraq,  təriflə, əzizlənə- əzizlənə böyüdüyünə görə  öz şəxsiyyətinə vurğunluq yaranır. Maləsəf
qarşısındakının heç bir yaxşı işinə sevinməz və həmişə də çalışacaqlar ki, onu alçaltsın və yuxarıdan aşağı baxsınlar. Bir xüsusiyyətləridə var ki, çox ustalıqla ilk tanış olduqlarının qarşısında eyiblərini gizlədə bilirlər. İnsana elə davranış nümayiş etdirərlər ki, heç inana bilməzsən bu insan narsisistdir...
Əslində belə insanlar hədsiz "eqo"lu olurlar. Özlərini daima dürüst bildikləri üçün istəməzlər ki, səhflərini üzlərinə deyəsən. Məncə onlar peşəkar yalançı və minsifətdirlər. Hansı dürüstlükdən söhbət gedə bilər ki?!...
Dözülməz hal isə ailədə valideylərdən hansısa narsisist olsun. Belə valideynlər uşaqlıqdan travmalı olduqları üçün sevgilərini övladları arasında sabit saxlaya bilmirlər. Ən çətin vəziyyət ana və övladın arasında normal rabitə olmamasıdır. Belə ailədə yetişən uşaqlar bir- birinə mehriban ola bilmirlər. Həyatda hər bir şeyə biganə olurlar. Sanki bunlar yeniyetmə yox, yaş yetirmiş insanlardır. Onlar mənən yaşlanırlar sanki...Belə yetişən gənclərdə həyat eşqi tamamilə sönük olur. Bir sözlə bunlar öz uşaqlıqlarını yaşaya bilmirlər. Bu uşaqlar " narsisist"ananın bir " can" kəlməsini həsrətlə gözləyirlər. Qorxulacaq vəziyyət budur ki, ana övladını özünə dost görə bilmirsə, uşaq yeniyetməlik dövründə özünə kənardan  dost axtaracaq. Məlum məsələdir ki, bu dırnaqarası dostlar uşaqların həyatına hansı zəhəri qatacaqlar???... Bu günkü gəncliyi bəyənirikmi?!...Sual edək: Görəsən, gənclərdə pis vərdişlər niyə və hansı səbəbdən yaranır? Əlbəttə ailədə yaranan boşluqdan. Bir sualda meydana çıxır. Bəs dövrümüzdə niyə boşanmaların sayı artıb?... Əksər mövzuda odur ki, " xasiyyətlərimiz uyğun gəlmir". Amma bu məsələnin dərinliyinə varanda sözü gedən mövzu üzə çıxır. Yəni "NARSİSİST" lik. Bu və bunun kimi halların yaranmasında günahkar valideyinlərdir. Uşaqlar ailədə nə görsələr şüur altında formalaşır və real həyatda öz əksini tapır. Narsisit ərlə yola gedə bilməyən qadın xarakterlər uyğun gəlmədiyindən məcbur qalır ailəsini dağıtmağa....
Bəs, şəxsiyyət pozukluğu olan insanlarla necə davranmalı?...Məncə bu insanların şüur altında formalaşan fikirlərin ziddinə gedərək, xoşuna gəlməsədə onunla mübarizəyə başlamaq və onun əskikliklərini üzünə vurararaq onu susdurmaqdır. Yəni, onları " iqnor" etməkdir. Belə olan halda onlar geri addım atarlar. Ruhu xəstə olan narsisist qarşısındakının zəif yerini ustalıqla öyrənərək, sonra onu həmin yerdən vurur. Bəzən mənfi davranışları ilə insanı özüylə üz- üzə qoyur. Bu insanlar adamın müsbət emosiyalarını sümürərək məhv etməyə çalışır. Həyatımızda belə insanlara çox rast gəlmək mümkündür. Məndə aktual olan bu mövzuya qatıldım ki, öz fikirlərimi bildirim. Çünki bəzən, həyatda kiçik bir qığılcım böyük bir yanğına çevrilir. Hörmətli valideynlər gəlin övladlarımızı " NARSİSİST" sindromundan qoruyaq! Axı onlar bizim gələcəyimizdir...Onuda unutmayaq ki, Hər kəs öz əkdiyini biçər"....

Hörmətlə: Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam