“ŞAPKANIN” YURDU
"Xeberinfo.com": Əmək və zəhmətlə qazanılmayıb “Şapka” yolu ilə yığılan varidatın yurdu qumarxanalarda və ofşor hesablarda pərvəriş tapır. “Şapka” isə demək olar ki, Yer kürəsində fəaliyyət göstərən istehsalat və maliyyə sahələrini sarı sarmaşıq kimi ovucuna alıb.
Təcrübəli maliyyə işçiləri maliyyəyə aid verilən məlumatlara təsdiqedici sənəd olmayınca inanmırlar. Bir neçə il bundan qabaq müxalif mətbuatında xəbər verildi ki, respublikamızın diribaş şəxsləri 12,1 milyard dollar məbləğdə pul vəsaitini Avropa banklarında gizləmişlər. Bu məlumat mənə şübhəli göründü və inanmadım. Təqribən üç il bundan qabaq isə müxalif mətbuatı (2012-ci ilin iyul-avqust ayları) xəbər yaydı ki, Azərbaycandan ofşor zonaya 48 milyard dollar cıxarılıb. Bununla yanaşı əmək haqqından başqa aylıq “paket” alan iri vəzifə sahiblərinin adları da mətbuatda qeyd edilirdi. Əlimdə həmin məlumatı təsdiq edən rəsmi maliyyə sənədi olmadığından bu məlumata da inanmadım. Həmin məlumatı eşidən Milli Məclisin səlahiyyətli şəxslərindən biri and-aman elədi ki, bu məlumat ağ yalandı, böhtandı. Mən vətəndaş kimə inanım? Qanunları ratifikasiya edən MM-ə, yoxsa həmin məlumatı dərc edən Millət vəkilinin mətbu orqanına?
Mən istərdim ki, bu məlumatlar yalan olsun.Yalan oldumu? Bu yalanların həqiqət olduğunu isə Beynəlxalq Bankın başqanı Cahangir Hacıyevin apardığı maliyyə əməliyyatları təsdiq etdi. “ Xəbərinfo.com” saytı (03.09.2015-ci il): Cahagir Hacıyev Azərbaycanı çirkli pulların yuyulmasında tranzit ölkə kimi tanıtmaq üçün əlindən gələni edir.Bu əməliyyatlar Bankın Moskva filialı vasitəsilə gerçəkləşir. Bu sahədə C.Haçıyevin Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen ilə sıx “işgüzar” əlaqəsi olub. Onunla bağlı sonuncu qalmaqal İspaniyada baş vermişdi. Əli Evsenin Madriddə həbsinə səbəb keçmiş Misir prezidenti Hüsnü Mübarəkin pullarının leqallaşdırılmasında rol alması olmuşdur.
Daha sonra sayt qeyd edir: ABB-nin Moskva filialında 3-4 aydır ki, yoxlamalar başlayıb. ABB-nın çirkli pulların yuyulduğu, qaranlıq əməliyyatların aparıldığı ünvanlardan biri də qeyd etdiyimiz kimi, Lüksemburq filialıdır. Bu filialın müdiri “Respublikanın Ali şəxslərindən biri”nın oğludur. Lüksemburq da ofşor zonadır. Bütün ofşor hesablar da bu filialdadır.
Ofşor bölgələrdə yerləşən banklar vergi ödəmir, bu da onlara maksimal faiz dərəcəsi ilə depozit cəlb etmək imkanı verir.
Tərcümədə “OFŞOR” sözü “sahildən kənar” kimi izah edilir. Mühasibatlığın dili ilə desək həmin söz, yazılmış maliyyə, vergi qaydalarından tam kənarlaşma deməkdir ki, bu da dövlətin maliyyədən məhrum olub dağıdılmasına gətirib şıxarır.
Verilən və tkzib olunmaz faktlardan belə nəticə hasil olur ki, Cahangir bəy ABB-dən verdiyi kreditlətin geri qaytarılmazlığına və Moskvada BB-nin filialını təşkil etməklə cirkli pulların yuyulmasına şərait yaratmaqda şəxsi maraqları olub.Təkbaşına və şəriksizmi???
Yeri gəlmişkən bunu bildirmək istəyirəm ki, 10 avqust 2012-ci il tarixli yerli müxalif mətbuatı Əli Evsen haqqında “Əli Evsenin həbsində yerli oliqarxların marağı” adında materiyal dərc edibdir.
Bəs Mərkəzi Bank nə düşünür nəylə məşğuldur? Mərkəzi Bank 31.08.2015-ci il tarixə valyuta ehtiyatlarının məbləği haqqında məlumatına görə avqustun 31-nə MB-ın valyuta ehtiyatları 7 milyard 315.4 milyon dolları təşkil edib. Bu iyulun 31-i ilə müqayisədə 1 milyard 186.1 milyon dollar və ya 14% azdır... 2014-cü ilin 30 iyul tarixində MB-ın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdır. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847.8 milyon dollar və ya 51.7 % azdır.
Maliyyə ehtiyatlarının sürətlə azalmsı məni varımdan yox eləyir. Bəs Maliyyə Naziri nəcə düşünür? Həmin məsələnin həlli yolları tükənməyib ki?
MB-ın “akademikləri” hər gün dollarla evronun məzənnəsini cüzü məbləğdə endirib qaldırmaqla süni olaraq manatı öz qüvvəsində saxlayırlar. Axı son bir ayda 1.2 milyard dollar itirilibsə nə vaxta kimi itki hesabına manat devalvasiyadan qorunacaqdır? MB-ın maliyyə ehtiyatı dibi görünməz quyuda balalamır. Cahangir bəyin BB-ı tar-mar etdiyini və onun Moskva filialında çirkli pulların yuyulmasını görməyən, itki hesabına manatın devalvasıyasını süni surətdə bir təhər dayandırdığını anlamaq istəməyən Baş bankir vəzifədə nə üçün əyləşib?
Bəs neyləmək lazımdır? Şübhə yeri qalmır ki;
--yuxarıda qeyd edilən 12.1 milyard dolları Avropa banklarında gizlətmiş və 48 milyard dolları Azərbaycandan çıxarmış şəxslər Cahangir bəy xislətdədirlər və onlar səlahiyyətli şəxslərə məlum olanlardır,
– gizlədilmiş və Azərbaycandan çxarılmış həmin məbləğlər qaranlıq əməliyyatlar aparan, ofşor hesablar yurdu Lüksemburq filialındadır.
Artıq yaranmaqda olan maliyyə böhranından millətin küçələrə çıxmaqlarını istəmirlərsə və hakim dairə hakimiyyətdə oturmaq fikrindədirsə həmin (12.1+48.0)=60.1 milyard dolları tapdırıb MB-a çatdırsınlar. Həmin vəsait MB-a daxil olarsa respublikanın maliyyə vəziyyəti sarsımaz və beş il müddətində sabit qala bilər.Bütün bunları hakimiyyətə çatdırmaq Baş bankir Elman Rüstəmovun vəzifə borcudur.
Quliyev Elxan Sarı o.