“ŞAPKA” MƏRƏZİ, yoxsa CANAVARLAŞMA
"Xeberinfo.com": Fikrimi dəqiq olaraq oxuculara çatdırmaq üçün Bilgilər mənbəyinə əl atası oldum. Müstəqil Dövlətimizin Konstitusiyası-ali hüquqi qüvvəyə malik əsas qanunu; ölkəmizin siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını müəyyənləşdirir.
Müstəqil dövlətimizin atributları-Gerbi, Bayrağı, Ordusu, Sərhəddi və Pul vahidi-Manatı var.
Qanun (hüquqda)–ali dövlət hakimiyyəti orqanının müəyyən olunmuş qaydada qəbul etdiyi normativ akt; digər dövlət orqanları və ictimai təşkilatların aktlarına münasibətdə ali hüquqi qüvvəyə malikdir. Qanunun ali hüquqi qüvvəsi onun rəddedilməzliyində və digər dövlət aktlarının ona tam müvafiq olmasındadır.
Pul sözünü məqsədli olaraq xatırladıram. Pul-xüsusi əmtəə,bütün digər əmtəələr ücün ümumi ekvivalent, dəyər formasıdır. Pulun bir cox funksiyaları var ki, özü əmtəə olduğu səbəbindən alına və satıla da bilər.Bəs müstəqil olduğumuz bir dönəmdə manatımızın dəyərini sabit saxlaya bildikmi?
Yazılmış qanunlardan kənara cıxanda, bilərəkdən və yaxud bilməyərəkdən, xüsusiylə maliyyə sahəsində ona əməl olunmayanda cəmiyyət və dövlət darmadağın olur. Çox təəssüf ki, respublikada “oliqarxlaşma”nın-mənimsəmələrin sürət götürdüyü haqqında mətbuatda çıxışlar getsə də səlahiyyət sahibləri köklü surətdə heç bir tədbir görmədi, yaxud görmək istəmədi və bunun acı nəticələri özünü bu günlərdə göstərdi. Xırda-para məmurları həbs etməklə gözlərdən pərdə asdı.
27.07.2012-ci il “VH” və 02.08.2012-ci il tarixli “Hürriyyət” mətbu orqanlarında ofşor zonalara pul vəsaitinin ötürülməsi, Milli valyutanın çapıyla əlaqədar olaraq “OeBS” şirkətinin rəsmilərə “şapka” ödənişinin Panamadakı ofşor şirkətinin hesabına köçürməsi (“Xəbərinfo.com” 30.03.2014-cü il), 2015-ci il fevral ayının ortalarında manatın dollara nisbətdə ucuzlaşması ilə əlaqədar olaraq dollarların yük təyyarələri vasitəsilə xaricə ötürülməsi (“Xəbərinfo, com” 05.03.2015-ci il) bütün alamə yayıldı. Əlbəttə Dövlətinin müstəqilliyini istəyən, dayanıqlı və sarsılmazlığına ümid bəsləyən mən bir vətəndaş olaraq inanmaq istərdim ki, bu məlumatlar yalan olsun. Yalan oldumu?
Sən saydığını say, gör “oliqarxlar” nə sayır. 19.05.2015-ci il tarixdə “Xəbərinfo, com” saytı adbaad doqquz nəfər “oliqarx” haqqında “Oliqarxların 6 milyardlıq maliyyə xəyanəti” mövzusında geniş məlumat yaydı. Bununla yanaşı məşhur hüqüqşünas Aslan İsmayılov ”Təkcə bir bankdan Azərbaycan büdcəsinin üçdə biri oğurlanıb. Hələ digər banklarda nələr baş verdiyini bilmirik” deyərək müsahibə verib. Yəni bu oğurluq 33.33 %-i təşkil edir.
Araşdırmadan belə nəticə alınır ki, Beynəlxalq Bankda 18 milyard dollar vəsait olub. Mərkəzi Bankın maliyyə ehtiyatı 10 milyard dollar olduğu halda hansı səbəbdən nəqd vəsaitin coxu Beynəlxalq Bankda özünə yuva salıb? Bəli bunun bir cavabı var-ilan Seyid Əhməd əli ilə tutulmalıdır. Belə məlumat yayılmışdı ki, Beynəlxalq Bankın sədri Mərkəzi Banka sədr təyin olunmalı idi. Bununla da BB-da olan kredit dağıntısının üstünü bir təhər malalamaq mümkün olsun.
Kredit dağıntısı-onun vaxtında geri qaytarılmaması, faizinin ödənilməməsi isə “şapka”ilə sıx bağlıdır. Hal-hazırda iki növ şapka mövcuddur:1. Qanuni- satılan məhsula görə əlavə dəyər vergisi və alınmış bank kreditinə görə faiz ödənişi, 2. Alınmış kreditə görə levıy- qeyri qanuni haqq, yəni ”şapka”. Respublikada isə verilmiş kreditə görə qanuni və qeyri qanuni şapka o həddə gəlib çıxır ki, krediti alan onu ödənişində aciz qalır.Ümimiyyətlə Azərbaycanda krediti verənə və alana “şapka” əməliyyatı elə bir mızraq olub ki, ha calışırlar ondan azad ola bilmirlər. Alınan məlumata görə mızraq Beynəlxalq Bankın məsul şəxslərinin hamısına keçib.
Bundan başqa bankdan alınan kredit yerinə yetiriləcək iş üzrə lyihə-smeta sənədləri əsasında buraxılmalıdır. Həmin kredit lyihə-smetasənədlərindən kənar işlərə xərclənməməlidir. Bankda müvafiq şöbə olmalıdır ki, görülən işlərə mütamadi nəzarət etsin.
Dövlətin bankından kredit götürən krediti verən tərəfdən izlənilmədiyindən və xüsusilə burda “şapka” haqq-hesabı mövcud olduğundan heç şübhəsiz sahibkar deyilən vahidinin qiyməti bir yüz min dollar olan minik avtomobili alacaq, Monako, Montekarlo şəhərlərində istədiyini həyata keçirəcək, bəzisi də Ukraynada və Bakıda çoxlu sayda-sahibkarların dediyi kimi “KFC” qəlyanaltılar şəbəkələrı, dükanlar da açacaqdır.
İstehsalın təşkili, onun idarə edilməsi, sərmayə (kapital) qoyuluşundan təyinatına və məqsədyönlü isifadə edilməsində kifayət qədər təcrübəsi olmayana bir neçə yüz milyon dollarla kredit verilməsi kütbeyinlikdən, harınlıqdan və dövlətə xəyanətdən başqa bir şey deyil. Restorançılıqla, küçə alverçiliyiylə krediti geri qaytarmaq mümkündürmü? Belə olanda aqillər gülüb deyirlər: ”Allah sən mənə ağıl ver”.
Bəyəm yuxarıda qeyd edilənləri respublikada bacaran yoxdurmu? Tanıya bildiyim şəxslər olub və bu gün də dövlətin ali aparatında işləyib fəaliyyət göstərən Vahid Əhmədov kimi şəxsiyyətlər var.
Sərmayə qoyuluşunu küçə alverciliyinə yox, quraqlıqdan yanıb məhv olan ərazilərdə artezian quyularının istifadəyə verilməsinə, tibb və baytarlıq dərmanları istehsal edən müəssisələrinin və damazlıq təsərrüfatlarının yaradılmasına, əhalinin ehtiyacı olub respublikaya kənardan daşınan ərzaq məhsulları istesal edən kənd təsərrüfatı müəssisələrinin və məhsuldar texnologiyaların inkişafına yönəltmək lazımdır.
Mən bir vətəndaş olaraq krediti alıb verməyən “oliqarxlar”ın həbs olunmasının qəti olaraq əleyhinəyəm. Atamın 50-ci ilin əvvəlində necə həbs olunduğunu görmüşəm. Sonra cinayətkarı tapıb tutdular və 8 il ildə həbs cəzası verdilər. Dediyim odur ki, həbs pis haldır,həbs olunanın ailəsi, övladları ağlayır, pis günlərə düşürlər, hökümətə vəmühitə qarşı əbədi kin-küdurət yaradır. Dilənçiliyə, oğurluqlara şərait yaranır. Oxucular elə başa düşməsinlər ki, yazdıqlarımla oliqarx deyilənləri müdafiə edirəm. Onlarla qohumluq əlaqələrim yoxdur. 50-ci ilin əvvəlindən bəri həyatda kördüklərimə və həyat təcrübəmə əsaslanıb bu xaşakəlməzliklərdən çıxmağın mümkün yollarını göstərməyə səy edirəm.
Nə qədər ki, yüz milyon dollarla krediti atamalı hesab edən “oliqrxlar” ın arxasında dövlətin maliyyəsinə xəyanət edənlər dayanır,”oliqarxlar” da şəxsi maraqlarına işləyəcəklər. Oliqarx sözünü dırnaqda yazıram ona görə ki, belələri oliqarx yox, vəait görməmişlərdir.
Ən son məlumatlar belə deməyə əsas verir ki, insan sifətində olan bir qrup canavar dəstəsi ABB-da yurd-yuva salıbmış. Daha doğrusu ABB canavarlaşıbmış. Bankdakı harınlamışlar nəinki aldıqları krediti, kreditin faizini belə odəmə qabiliyyəti olmayan “oliqarxlar”a təkrar kredit veriblər. Beləliklə iyirmi ildən cox müstəqil olan dövlətin hakimiyyəti hələ də maliyyəni idarə etməyi bilmir, yaxud bilmək istəmir.
Əgər hakimiyyətin siyasi ideoloqları Əli Əhmədov, Səyavuş Novruzov, Mübariz Qurbanlı..., iqtisadi ideoloqları Elman Rüstəmov, Ziyad Səmədzadə, Vahid Axundov və şərhçilərindən İbrahim Məmmədov kimiləri uçot və nəzarətə olan ehtirası ilə ümummilli şöhrət qazanan ABŞ-ın mərhum prezidenti Harri Trumenin maliyyə fəaliyyətini öyrənib bəhrələnə bilsələr, Azərbaycan Beynəlxalq Bankını börandan çıxarmaq və bir daha qeyd edilən maliyyə biabırçılıqlarının baş verməməsi üçün hökumətə dahiyanə- səmərəli təkliflərini verə bilərlər.
Qanun qanunluğunda qalır. “Oliqarx”ları həbs etməklə kreditlər tezliklə geri qayıtmayacaq və buna bəzilərində ümid azdır. Ona görəki, krediti aılıbrespublikadan qaçanlar da var.“Oliqarxlar”averilən kreditlərin müəyyən hissəsi şəkililər demişkən ölütdü.Ölən kreditlər üçün kreditləri məzarlaşdıranlara baş sağlığı vermək qalıb. Ölməyən hissəsi də var ki, bir sıra “oliqarxlar” zavod və fabrik inşa ediblər. Yəni kreditlərin hamısına mənimsənilmiş-oğurlanmış kimi qiymət vermək olmaz.Buməhkəmənin istintaqında aydınlaşacaqdır.
Bir başa bankla əlaqəli olub respublikaya başaşağılığı gətirən milyard dollarla it-bata düşən maliyyə vəsatinin müxtəlif yollarla talanlığına hansı formada ad vemək olar: şapka mərəzi, yoxsa canavarlaşma? Sualın cavabı budur: Respublikada özünə isti yurd –yuva salan hər iki forma adları üstündə mövcuddur.
Ancaq oliqarx deyilənləri kreditlə təmin edib dövlətin milyard dollarla vəsaitini bank vasi təsilə havaya sovrulmasına şərait yaradanların kimliyindən asılı olmayaraq məsuliyyətlərini necə lazımdırsa eləcə də tələb etmək lazımdır.
Hörmətli oxucular! Qocalar deyirlər ki,ərəbistana gedib daşı oradakı şeytanlara yox, respublikada tutduqları vəzifələrə layiq olmayanlara, xüsusilə böyük qonşumuza yarınanlara, krediti “şapka” ya satdıran və satan şeytanlara, canavarlaşmış sürüyə atmaq lazımdır.
Quliyev Elxan Sarı o.