Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

OLİQARXIN “ŞAPKA” ELMİ

 

 

“Xəbərinfo.com” saytı 19.05.2015-ci il tarixdə məlumat verir: “Oliqarxlar (doqquz nəfər) altı milyardlıq maliyyə xəyanəti ediblər”.Oliqarxların maliyyə xəyanətini “Milliel.az”saytında hüquqşünas Aslan İsmayılov da həmin məlumatı təsdiq edib.Başqa sayt da var ki, həmin məlumatları təkzib yox, təsdiq edir.

 

"Xeberinfo.com":  Müxəmməs

 

Birinci hissə

Bankdan saylı vasaitin üçdən biri yoxa çıxıb,

Vardan vaylı kreditin oğurluğu üzə çıxıb,

Gendən zaylı gədələrin fırıldağı ərşə çıxıb,

Zatdan zatı xarabların son günləri zülmə çıxıb,

Oliqarxı qarşılayan  dar ağacı yola çıxıb.

 

Keçmişlərdə cahangirlər Zərdüştlərdi, Babəklərdi,

İndilərdə çox “fateh”lər kəmağıllı gədələrdi,

Xəyanətdə sövdəgərlər oğrubaşı bankirlərdi,

Doqquz gədə-moşenniklər zəliliyi  sevənlərdi,

Oliqarxı dərdə salan maxinalar  üzə çıxıb.

 

Borc pul verib “şapka” almaq cəm bankların qanunudur,

Borc pul alıb “şapka” vermək oliqarxın can  borcudur,

“Şapka” alıb həm də dərmək aldatmağın bir qolydur,

“Şapka”lığıa xidmət etmək  yaşamağın sonluğudur,

Oliqarxı dəstəkləyən buxarlanıb heçə cıxıb.

 

 Altı milyard pulu alan borcu nədən qaytarmadı ?

“Şapka” verən qaytarmanı öz “fəhm”indən anlamadı,

Mənliyini qurban verdi, ”şapka”alan gen durmadı,

İri “şapka” sahibləri qaça bildi tutulmadı,

İzləyəni şoka salan fantamaslar seyrə çıxıb.

 

 “Şapka”şərdir,ev yıxandır,bir mərəzdir,soyğunçudur,

“Şapka” sirrdir, bir tələdir,xəstəlikdir, yolxucudur,

“Şapka dərddir, bir tilsimdir, dibi dərin kor quyudur,

“Şəpka bəddir, pis iylidir, əməlvazın kök soyudur,

Oliqarxı qandalladan “şapka” elmi təzək cıxıb.

  İkinci hissə

Məşhur Mərkəz alovlandı, yuxarılar ayılmadı,

Yasamalda bina yandı, günahkarlar tapılmadı,

Hadisələr təkrarlandı, texnoloqlar tanınmadı,

Yanğın uddu divarları,  xilaskarlar bacarmadı,

İstehsalçı yaman cıxdı, qaş üzlüklər  alovlandı.

 

Sevincimiz sevilmədi,  Tanrı bizə ələm əkdi,

Günahımız bilinmədi, körpəmizə qələm çəkdi,

Mətləbimiz sayılmadı, bəxtimizə pis dəm düşdü,

Dərdlərimiz azalmadı,ömrümüzə sitəm çökdü,  

Bilinməzdən od ələndi, baş bilənlər çalxalandı. 

                                             

Binəqədi yanğınından  məşvərətə yığışdılar,

Qəmgin, hirsli bu bəladan bir-birinə baxışdılar,

Ədaləti unutmadan  dərdə-zülmə qarışdılar,

Zibil pulu dilənəndən-jekə belə  yapışdılar,

İnşaatçı  ələ keçdi müqəssirtək cəzalandı. 

     

Budur fizmat-kartdır kəllə,çəyitkətək cırıldadı,

İri fiqur keçmir ələ, tənqid görcək fısıldadı,

İşi bilməz qanmır hələ, tələb görcək xırıldadı,

OTeKa-sız  saydır gədə, çöküş görcək sızıldadı,

Qorxu hissi kecirənlər-iş qanmazlar aydınlaşdı.

 

Yanan bina balkonundan bir qadın da əl eylədi,

Kömək umdu insanlardan ağ dəsmslı o, yellədi.

Quştək uçdu,candan keçdi,qeyrət gənci silkələdi,

Iki körpə balamızı oddan xilas tək eylədi,

Ölüm ondan qorxub qaçdı,bir igidtək məşhurlaşdı.

Son

Cəm ölkələr birləşsə də bu dövlətə bata bilməz,

Olimpiya oyununda bu məqsədə çata bilməz,

Ümumdünya yarışında bu hörmətə qalxa bilməz,

Lider şəxsin düz işinə kimsə kölgə sala bilməz,

Beş-on harın oliqarxlar cəzasıyla qucaqlaşdı,  

Borcu verməz zəncirlənib  varlığıyla sağollaşdı.

 

 Quliyev  Elxan Sarı o.                                  

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam