Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür-BU GÜN

Bu gün Xalq yazıçısı Maqsud İbrahimbəyovun doğum günüdür.

Yenixeber.org: Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil alıb, 1962-1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971-1973-cü illərdə isə Ali rejissor kurslarında oxuyub.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışıb, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun “Mezozoy əhvalatı” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. ”Mezozoy əhvalatı”, “Bayquş gəlmişdi”, “Yay tətili”, “Bütün yaxşılıqlar üçün - ölüm!”, “Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilib.

“Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. “Bayquş gəlmişdi” və “Bütün yaxşılıqlar üçün - ölüm!” əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədri olub. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilib (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olub. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilib.

Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz bir çox müxtəlif tədbirlər, yeni kitabların nəşrini həyata keçirib və “Püstə ağacı” hekayəsi əsasında tamaşanı səhnəyə qoyub.

Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşı, coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğlu idi.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam