Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AĞLAR GÜNLƏRİ

  

 

Hörmətli oxucular! “AĞLAR  GÜNLƏRİ” şeiri “LƏNƏT ÖLÜMƏ” sənədli hekayəmin davamıdır.

"Xeberinfo.com":   Sevgiyə şeir yazanda gərək şair duyğusu və gəncliyində sevgi bəlasına düçar olasan ki, Nüsrət Kəsəmənli kimi  “Bir Sevda ağlayır içimdə mənim” şeirini yazasan.

Mən şair deyiləm və 50 il bunda qabaq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbəlik illəri dövründə şahidi olduğum və qəlb ağrıdan günləri yada salıb həmin şeiri yazası oldum. Mən sevgi bəlasına tutulmamış və sevginin nə olduğunu keçirdiyim pis günlər beynimdən amansızcasına sildiyindən onu anlamırdım. Bu iqtisadi şəraitin mənə verdiyi zülm və bədbəxtlik idi.

Mənim düşündüyüm ancaq yaşamaq, təhsil almaq üçün tələbəlik illərində yeganə maliyyə dayağım olan 45 rubl həcmində  təqaüd idi. Pis keçən günümdə məndə mühitə qarşı ümidsizlik, inamsızlıq və insanlara qarşı etinasızlıq yaradaraq sonda da peşmancılığa gətirib çıxarmışdı. Şeirin yazılması da pemançılıqdan yaranıbdı. Peşmançılıq isə ömürlük əzaba çevrilir.

18 yaşımda özümün ölümlə qarşılaşıb  onun qəddarlığını bildiyimdən “Kamilə”nin 1965-ci ldə gəncliyini ölümə qurban verməsi mənə bir insan kimi olduqca pis təsir etmişdi.

 

AĞLAR GÜNLƏRİ

Sonunu keçirdi dərdlə fəğanla,

Bəxtinə düşmədi vüsal günləri.

Gəncliyi itirdi dadla fənayla,

Yaşamda cörmədi zəfər günləri.

 

Xudamı andırdı? Bərkə düşübdü,

Ruhumu səslədi? Dilə düşübdü,

Sevdalı günləri yada düşübdü,

Yazmamaq olurmu qəhər günləri?

 

Ömrünün bağından meyvə dərmədi,

Ağrının gücündən hala gəlmədi,        

Ölümün çəngindən çıxa bilmədi,

Ovutmaq olurmu simsar qəlbləri?

 

Arzusu ürəkdə çırpınıb getdi,

Diləyi dilində uçunub getdi,

Çox dərdi içində keçinib getdi,

Qurutmaq olurmu ağlar gözləri?

 

Aldığı zədədən həyatı çökdü,

Gəzdiyi cənnətdən ümidi üzdü,

Sevdiyi dəstədən yaralı köçdü,

Amansız qavrarmı  peykər dilbəri?

 

Yamana göz vurub həmdəm olmadı,

Yaxşıya can deyib gözdən qoymadı,

Həmkara dağ çəkib qəmdən doymadı,

Əzrayıl sevərmi gülər üzləri?

 

Göyərməmiş təmas, dilində qaldı,

Bölünməmiş miras, sözündə qaldı,

Geyilməmiş libas, evində qaldı,

Xatırlar, susarmı yazar kəsləri?

 

Deyimlər keçibdi düzgün dillərdən,

Könüllər göynərdi üzgün illərdən,

On illər ötübdü  bədbin günlərdən,   

Unutmaq olurmu ağlar günləri?

 

 

 Quliyev Elxan Sarı o.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam