Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

XATİRƏLƏRİN İZİYLƏ...



 

Vaxt,zaman dəyişdi və Səfəvi dövləti də zəiflədi.Bundan istifadə edən Rus çarı 1 Pyotur 1724-cü ilin 10 noyabrında göstəriş verdi ki,Azərbaycanın Xəzər sahillərindəki şəhərlərində-Bakıda,Dərbəndə,Gilanda,Mazandaranda ermənilər yerləşdirilsin.

Yenixeber.org: Bədnam Türkmənçay müqaviləsindən sonra 40 min erməni Azərbaycanın ən baxımlı ərazilərində yerləşdirildi.1829-cu il imzalanmış Ədirnə sülh müqaviləsindən sonra isə Osmanlı ərazilərində yaşayan 90 min erməni Naxçıvan,İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürüldülər.

 Rus yazıçısı və diplomatı A.S.Qriboyedov yazırdı: “Erməni əhalisi əslən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər...onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən çıxarmağa başlamışdılar.Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki,bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti olaraq yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar.” Deyirəm,gorun çatdasın ay Qriboyedov.sən yazırdın ki,onlar o ərazilərdə həmişəlik qalmayacaqlar,amma qaldılar və 200 ildən çoxdur ki,bizə müsİbətlər və çətinliklər yaradırlar.Və neçə ki,bizim torpaqlarda yaşayırlar bu qeyri insanlıqlarını davam etdirəcəklər.

 Bütün dünya alimləri,siyasiləri,yazarları,səyyahları,tarixi mənbələr və eləcə də həqiqəti görüb ədaləti bilənlər bir mənalı olaraq qəbul edirlər ki,ermənilər Azərbaycan torpaqlarına qıraqdan gəlmədirlər.

 Amerikadan olan ər arvad Makarilər yazırlar: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində 2 milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilədən sürgün edilmiş və dəqiq sayda məlum olmayan insan qətlə yetirilmişdir...ruslar ilk dəfə 1828 və 1854-cu illərdə Şərqi Anadoluya hücum etmiş,lakin hər iki halda geri çəkilməyə məcbur olunmuşlar.Geri çəkilərkən özləri ilə 100 min ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş,məhv edilmiş türklərin yerində yerləşdirmişlər.”

 Bütün bunlar azmış kimi Nadir şah da 1736-cı ildə millətinə görünməmiş bir xəyanət elədi.Gəncə bəylərbəyliyinin acığına Borçalı torpaqlarını bir arşın bez kimi kəsib Gürcüstan valisinə verdi.Bu da sənə özümüzünkü! Nadir şah tərəfindən bu siyasi və mənəvi korluq idi.İllər sonra yəni 1918-ci ildə Ermənistan- Gürcüstan müharibəsi nəticəsində qədim Borçalımızın bir hissəsi “əzabkeş ermənilər”ə verildi.

 İndiki Ermənistanda azərbaycanlıların zaman-zaman hansı təzyiqlərə,mənəvi işgəncələrə məruz qaldıqlarını və bu bəlaların haradan gəldiyini bilməyən yox idi.Bir əsrdə üç dəfə yurddaşlarımızın başına açdıqları oyuna Moskvadan xeyir-dua verilirdi.

 1923-cü ildə Qarabağ ermənilərinə müxtariyyət veriləndə imperiya 70 il sonrakı günümüzü nəzərdə tutmuşdu.Və bu günü gözü kor,qulağı kar dünya görməməzliyə və eşitməməzliyə vurdu.Qərbi Azərbaycandakı əhali öz ata-baba torpaqlarından amansızcasına qovuldu və vəhşicəsinə öldürüldü.Mərkəzin havadarlığından şirnikən gəlmələr-ermənilər Qarabağı Ermənistana birləşdirmək üçün ordakı Azərbaycanlı əhalini də qaçqına,köçkünə çevirdilər və qətl etdilər.

 İnsan övladı bir anlığa xəyala dalanda acılı-şirinli xatirələr düşür yadına.Fikirləşirsən ki,İlahi,bu boyda dünyanın özündən böyük yükləri niyə bizə yük olub.Yolların uzunluğu,dərdlərimizin çoxluğu,yükümüzün ağırlığı belimizi əyir,içimizi göynədir.Bəxtimizə və anlımıza yazılan yazılar rəngarənkdir.Həyatın özü kimi,dövlətləri,adamları da qəribədir.Və bu qəribəlik içində istəsək də,istəməksə də yaşamalıyıq.

 Bu günlərdə dəyərli dostum Məmməd Mərzili “845”adlı kitabını avtoqrafla mənə verdi.Kitabın üz qabığında Milli Qəhraman Allahverdi Teymur oğlu Bağırovun şəkili verilib.Səmimi olaraq etiraf edim ki,əvvəl kitabın adından bir şey anlamadım.Və oxuyandan sonra başa düşdüm ki,kitab E.Bağırov adına 845 n-saylı Hərbi hissənin yaradılmasından və o hissədə qanını tökən,canını Vətən,el-oba yolunda şəhid verən igidlərdən bəhs edir.

 Müəllif ilk öncə hissənin komandiri,Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun keçdiyi ömür yolundan ətraflı məlumat veir.Müəllif onu cəsarətli,fədəkar,ədalətin,həqiqətin yanında olan,haqsızlığa,ədalətsizliyə savaş açan biri kimi göstərir.Allahverdi böyük fədəkarlıq göstərərək 1500 nəfər Xocalını əsrlikdən xilas edir.

 Çox təəssüf ki,bu Vətən oğlu 12 iyun 1992-ci ildə əməliyyat zamanı minayə düşərək şəhid olur. 

 Məmməd Mərzili bu kitabını ərsəyə gətirmək üçün yaxın dostu Hacı Əkbər Rüstəmovun o ağır günlərdə yazdığı gündəlikdən istifadə edib.Gündəlikdə hər şey-hərbi hissədə komandirlərinin adlarından tutmuş,bölüklərdə döyüşən döyüşçülərə kimi hamsının adı,atasını adı,soyu dəqiqliklə göstərilib.Hətta gündəlikdə verilən əmrlərin nömrələri və tarixləri də göstərilib.

 Məmməd Mərzili Milli ordunun hansı çətinliklərlə yaradıldığından,silah-sursatın azlığından,erməni rus havadarlarının köməyi və yardımıyla əhalimizi hansı mərhumiyyətlərə ducar etməsindən ustalıqla söz açır,Azərbaycanın ərazi bütövlüyü yolunda şəhid və qazi olanlardan bəhs edir.

  O vaxt Vətənin müdafiəsinə tək-tək fərdlər yox,bütöv bir kənd,bütöv bir ailə qalxırdı.Belə ailələrdən biri də Rüstəmovlar ailəsi idi.Əkbər müəllim üç oğlu Sarvan,Sənan və Kənanla birlikdə Qarabağda erməni işğalçılarına qarşı vuruşurdular.Vətən sevdalısı olan Əkbər müəllim qəhrəman övladları ilə ta 1995-ci ilə qədər ön cəbhədə olub.Çox təəssüb ki,Sənan Gülablı kəndinin müdafiəsində qəhrəmancasına şəhid olub.Belə qeyrətli,cəsarətli oğullar  bu gün də vətəni yağılardan qorumaq üçün və xalqımızın azadlığı,müstəqilliyi uğurunda  mübarizəyə hazırdırlar.

 30 ildə xarici havadarlarının köməyi və dəstəyi ilə ermənilər tərəfində xalqımızın başına gətirilən müsibətlər,bizi hər cür vahiməyə,dəhşətə gətirən dözülməz hallar,ana və bacılarımızın gözlərini yaşlı qoysa da mübarizliyimizi,döyüşkənliyimizi əlimizdən alıb,ümidimizi qırmadı.Yolumuzu kəsən acı küləkləri,başımızın üstünü alan qara buludları yardıq və 44 gün ərzində böyük zəfərə imza atdıq.Bu torpaq,bu vətən bizimdir! Cənnət Azərbaycanımızı heç kimlə,heç bi güclə bölməyəcəyik.Yetər zaman-zaman bölünüb parçalandığımız!

 Dəyərli dostum Məmməd Mərzilinin bu kitabı gələcək nəsilər üçün tarixi bir yaddaşdır.Heç vaxt yaddaşımızı itirməyək! Müəlifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

                                                                  





                                                                    Məhərrəm Şəmkirli

                                                                    AYB-nin və AJB-nin üzvü.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam