Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Dairə Seçki komissiyasının sədri yoxa çıxıb: Ağdaşda

90 saylı Ağdaş Seçki Dairəsinin sədri yoxa çıxıb

 

 

Seçki Məcəlləsinə uyğun olaraq  90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçkilərin keçirildiyi bir zamanda DSK sədri Nurəddin Nəsirov yoxa çıxıb. 
Xeberinfo.com:   Musavat.com xəbər verir ki, bu barədə adı çəkilən DSK-dan namizədliyi irəli sürülən namizədlər məlumat veriblər. Məlumatda bildirilir ki, mayın 17-dən etibarən DSK sədri mobil telefonunu söndürərək yoxa çıxıb və otağı bağlıdır. 
Bu gün imza vərəqlərini təhvil verməyin son günüdür. Namizədlər imza vərəqlərini təhvil verə bilmirlər. Bununla bağlı artıq MSK-ya məlumat verilib və teleqram vurulub. Lakin şikayətlərin hələlik heç bir nəticəsi yoxdur. Namizədlər qeyd edirlər ki, Seçki Məcəlləsinə uyğun olaraq seçkilərə start verilən gündən, seçki bitənə qədər DSK hər gün işləməli, sənədləri qəbul etməlidir. 
Namizədlər DSK sədrini tapmaq üçün mediadan köməklik istəyiblər. 90 saylı DSK sədri Nurəddin Nəsirovun mobil telefon nömrəsi 050 414 52 03, DSK-nın telefon nömrəsi (02023) 5-50-96
Məsələni aydınlaşdırmaq üçün göstərilən telefon nömrələrinə zəng etsək də mobil telefon nömrəsi qapalı idi. DSK-nın telefon nömrəsinə zəng etdiyimiz zaman dəstəyi qaldıran olsa da suallarımız cavablandırılmadı. 
Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam