Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“NATO qərar çıxarana qədər Putin Varşavaya çatacaq”

 

Rusiya ilə Qərb arasında gərginliyin artması NATO-nu mümkün rus müdaxiləsinə qarşı hazırlıqlara vadar edib.

"Xeberinfo.com":  Eyni zamanda hazırda hərbçilər və analitiklər bu məqamə müzakirə edir: əgər Putin Ukraynaya qarşı tətbiq etdiyi hibrid müharibə taktikasını NATO üzvlərindən birinə qarşı işə salsa, alyansın buna cavab vermək üçün çevik mexanizmləri varmı?Virtualaz.org saytı xəbər verir ki, “Bloomberg” agentliyi bu məsələni təhlil edib və ilginc qənaətə gəlib. Belə məlum olub ki, NATO üzvləri toplaşıb qərar qəbul edənə qədər Putinin qoşunları Varşavaya da çatar.
“İndi – Kremlin hərbi təyyarələrinin NATO-nun hava sərhədləri boyu uçduğu bir vaxtda alyans üzvləri iddia edir ki, onların silahlı qüvvələri rusların gəlişinə hazırdır. Ancaq əslində siyasi liderlərə buna əmr vermək üçün xeyli vaxt tələb olunur”- agentliyin məqaləsində deyilir.
Ssenari nə olusa olsun – istər Rusiyanın Şərqi Avropaya açıq hücumu ilə müşayiət olunan bilavasitə müharibə, istərsə də rusiyameylli silahlılardan istifadə, yaxud Krımda olduğu kimi tanınma nişanı olmayan qüvvələrin özgə ərazilərinə daxil olması halında şübhələr dərhal Rusiya prezidenti Vladimir Putinin üzərinə yönələcək.
Bununla belə NATO-nun cavab əməliyyatına başlaması üçün əmri kimin verəcəyi hələlik məlum deyil. NATO-ya üzv olan 28 ölkənin hökumətlərinin hamısı söz haqqına sahib olmaq istəyir və nəticədə alyansın çevik reaksiya qüvvələrinin formalaşdırılmasına dair ötən il qəbul edilən qərar hələ də reallaşdırılmayıb.
NATO-nun 5 minlik çevik reaksiya qüvvələri Şərqi Avropa ölkələrini mümkün rus müdaxiləsindən qorumaq üçün formalaşdırılmalıdır.
84456_src“NATO komandanlığının dinc dövrdə müttəfiq ölkələrin hökumətlərinin hər birinin qərar qəbul etməsinə qədər operativ idarəetmə səlahiyyəti yoxdur”- ABŞ-ın Ordu Kolleci yanında Strateji Araşdırmalar İnstitutunun professoru Con Deni bildirir.
Onun sözlərinə görə, mümkün hərbi müdaxilə zamanı söhbət klassik müharibələrdə olduğu kimi sərhədi keçən tank kolonlarından getməyəcək. Rusiyanın tətbiq etdiyi yeni müharibə taktikası qarşısında NATO nə baş verdiyini ayrıd etmək üçün xeyli vaxt sərf etməli olacaq. Və böhranın xarakterindən asılı olaraq qərarın qəbulu daha çox ləngiyə bilər.
Məqalədə deyilir ki, Rusiyadan dəstəklənən separatçıların Ukraynanın şərqində yeni ərazilər ələ keçirdiyi bir vaxtda NATO-nun baş katibi Yens Stoltonberq Kremlin “aqressiv hərəkətlərinin” alyansın müdafiə strategiyasının təkmilləşdirilməli olduğunu deyib.
“Soyuq müharibə” dövründə isə vəziyyət fərqli idi. Nə qədər təhlükəli situasiyalar yaransa da NATO üzvləri tam əminidilər ki, istənilən müdaxilə sovet tanklarının Qərbi Almaniyaya yeridilməsi ilə başlayacaq və bu hərbi kolonun qarşısını Amerikanın Avropada yerləşdirilmiş 400 minlik hərbi kontingentinin avanqard qüvvələri alacaq. ABŞ dərhal cavab zərbəsi endirəcək.
İndi isə situasiya dəyişib. Putin etnik rusları qızışdıraraq Krımı ildırım sürəti ilə ilhaq etdi. Rusiya tanınma nişanları olmayan hərbçilərini yarımadaya yeritdi və cəmi bir neçə günün içində Krım artıq Kremlin nəzarətində idi.
Hazırda ABŞ-ın Avropada 75 minlik kontingenti var, lakin onlar indiki qaynar nöqtələrdən xeyli uzaqlarda dislokasiya olunub. “Bloomberg”in yazdığına görə, belə fikirlər var ki, Putin Ukraynadan sonra daha da irəli gedəcək və NATO-nun hansısa üzvü ilə açıq münaqişəyə girəcək. Ən çox narahatlıq doğuran Baltik ölkələridir. Analitiklərə görə, tamamilə mümkündür ki, Rusiya xəlvəti müharibə taktikasını Estoniya, yaxud Latviyaya qarşı da tətbiq edəcək, bu ölkələrdəki çoxsaylı rusdilli əhalini səfərbər edərək vəziyyəti gərginləşdirəcək.
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon artıq fevralın 18-də Baltik ölkələrindən birinin real təhlükə qarşısında olduğunu bildirib.
Bəs NATO bu halda nə edəcək?
84455_srcAlyansın hərbi komandanlığı ciddi narahatdır ki, siyasi liderlər toplaşıb öz aralarında konsensus əldə edənə qədər iş işdən keçəcək. Fevralın 20-də Londonda birləşmiş qoşun növləri İnstitutunda çıxışı zamanı NATO-nun Avropadakı qüvvələrinin komandan müavini, Britaniya generalı Edrian Bredşou deyib ki, “qeyri-müəyyən” hücum cavab tədbirləri üçün qərar qəbulunu mürəkkəbləşdirir. Çünki bu halda hərbçilər siyasi qərar olmadan addım ata bilməz.
Qərb institutlarının, demokratik yolla seçilmiş hökumətlərin idarə etdiyi ölkələrin Rusiyaya qarşı cavab addımları atmaq üçün aylarla müzakirə apardığına dair nümunə ötın ilin yazında Krımın ilhaqı və Ukraynanın şərqində separatçılıq dalğasının başlaması zamanı bir daha göründü.
Rusiya mart ayında Krımı rəsmən öz ərazisinə birləşdirdi, aprel ayında isə artıq Donbasda silahlı üsyan başlamışdı. Buna baxmayaraq Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları ancaq iyul ayında razılaşdırıb başa çatdıra bildi.
Üstəlik NATO-ya üzv olan ölkələrin arasında elələri var ki, onların liderləri Putinə açıq-aşkar simpatiya bəsləyir, yaxud onunla gizli müttəfiqdir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban. Yaxud Yunanıstanda hakimiyyətə gəlmiş radikal solçuların lideri Aleksis Tsiripas. Belələri öz veto hüququndan istifadə edərək NATO-nun Rusiyanın hərbi müdaxiləsinə qarşı qərar qəbulunu mürəkkəbləşdirə bilər.
NATO-nun Avropadakı silahlı qüvvələri Belçikanın Mons şəhərində yerləşən hərbi qərargahdan idarə olunur. Qərargaha ənənəvi olaraq amerikalı general rəhbərlik edir. Hazırda bu vəzifəni general Filip Bridlav yerinə yetirir. Fevralın 5-də NATO müdafiə nazirləri Brüsseldə alyansın qərar qəbulu mexanizmini təkmilləşdirməyin yollarını müzakirə edəndə yüksək vəzifəli rəsmilərdən biri reportyorlara deyib ki, Bridlavın qüvvələri həmişə siyasətçilərin nəzarəti altında olacaq.
Nazirlər bu məsələni növbəti dəfə iyun ayında müzakirə edəcəklər. Variantlardan biri budur ki, hərbi komandanlığa döyüşə hazır qüvvələrin təlimlərini keçirmək səlahiyyəti verilsin. Fövqəladə səlahiyyət xüsusən “hibrid” müdaxilədə çox məkrli məsələ ola bilər.
“Əgər sizin adekvat müddət ərzində siyasi qərar qəbul etmək mexanizminiz yoxdursa çevik reaksiya qüvvələrini yaratmağın da mənası yoxdur”- ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam