Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya NATO üzvlərindən birinə qarşı gizli vasitələri işə salacaq”

 

Litvanın hərbi kəşfiyyatı xəbərdarlıq edib ki, Rusiya NATO üzvü olan ölkələrdən birinə qarşı “gizli hərbi vasitələrə” əl ata bilər. Hərçənd ki, kəşfiyyat Rusiyanın hazırda Alyansla açıq hərbi münaqişəyə girmək gücündə olmadığını bildirir.

"Xeberinfo.com":  Virtualaz.org saytı Litva KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin kəşfiyyat departamentinin hesabatına əsasən Baltik regionunda adi silahlardan istifadə olunmaqla müharibənin başlaması ehtimalı aşağıdır.

Lakin Rusiyanın Ukraynada hərbi qüvvə tətbiq etməsi, daim güc nümayiş etdirməsi Litvanın təhlükəsizliyi ilə bağlı situasiyaya təsir edir.

Kəşfiyyatın qənaətinə görə, Rusiya NATO üzvlərinə qarşı açıq hərbi müdaxiləyə cəsarət etməsə də Baltik dənizi regionu ölkələrindən birinə qarşı “hibrid müharibə” taktikasını işə sala bilər. Bu, qeyri-konvensianal və ya gizli hərbi vasitələrin istifadəsini nəzərdə tutur.

“İstisna etmək lazım deyil ki, Rusiya bu vasitələrdən alyansa üzv ölkələrdən birinə qarşı istifadə edə bilər. Rusiya ümid edir ki, NATO mürəkkəb qərar qəbulu mexanizmi üzündən, habelə alyansa üzv olan ayrı-ayrı ölkələrin maraqlarının fərqlənməsi səbəbindən bu situasiyaya adekvat və çevik reaksiya verə bilməyəcək”- deyə Litva hərbi kəşfiyyatı bildirir.

Hesabata əsasən Rusiya hərbi sferada xərclərini davamlı olaraq artırır, strateji əhəmiyyətli Qərb istiqamətində hərbi aktivliyini artırır.

Kəşfiyyat bildirir ki, ötən il Rusiya Kalininqrad vilayətində yerləşən hərbi qruplaşmanı regiona əlavə qüvvələri yeritməklə sürətlə gücləndirə, o cümlədən “İsgəndər-M” raketlərini yerləşdirə bilər.

Bildirilir ki, Rusiya hərbi qüvvələrinin intensiv manevrləri NATO qüvvələri ilə təsadüfi toqquşma riski yaradır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam