Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Putin Baltika ölkələrinə hücum edə bilər”

 

“O, hibrid müharibələr üzrə mütəxəssisdir”.
"Xeberinfo.com":  Məlumata görə, Rusiya Baltika ölkələri ilə NATO-nun belə hərəkətə qarşı hazırlığını yoxlamaq üçün hibrid müharibəyə başlaya bilər, alyansın keçmiş baş katibi Andres Foq Rasmussen The Telegraph qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinə güclü dövlət statusunu qaytarmaq və Şərqi Avropada dominantlığını bərpa etmək istəyir, oxu.az Lenta.ru-ya istinadən xəbər verir.
“Onun NATO-nun 5-ci maddəsinin (alyans üzvlərinin kollektiv müdafiəsinə dair) işləməsini yoxlamaq üçün Baltika ölkələrinə intervensiya edəcəyi ehtimalı böyükdür”, – Rasmussen bəyan edib.
Onun sözlərinə görə, Putin bilməlidir ki, bu qırmızı xətti keçsə və NATO müttəfiqinə hücum etsə, Rusiya məğlub olacaq.
“Biz bunu dəqiq nəzərə almalıyıq. Amma o? hibrid müharibələr üzrə mütəxəssisdir”, – NATO-nun sabiq rəhbəri bildirib.
Rasmussenin sözlərinə görə, Kreml Estoniyada və ya Latviyada müharibə təxribatı yarada bilər, orada yetərincə rusdilli icma var. O qeyd edib ki, bu gizli intervensiya olacaq. NATO-nun sabiq başçısı əlavə edib ki, alyansın zəif üzvləri mümkün hadisənin mühümlüyünü Rusiya ilə iqtisadi əlaqələri itirməmək üçün və ya Kremlə olan simpatiyaları üzündən nəzərə almaya bilərlər. Rasmussenin sözlərinə görə Macarıstan və Yunanıstan belə ölkələrdəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam