Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müharibənin bir addımlığında: Putin Kalininqrada qoşun yığır

Rusiya əsl soyuq müharibə ruhunda hərəkət edərək durmadan Şərqi Avropa ilə sərhədə qoşun hissələri və raketlər cəmləşdirir.

Xeberinfo.com:   “Reuters” agentliyi Rusiya Müdafiə Nazirliyinin ardı-arası kəsilmədən Kalininqrad vilayətinə hərbi yük avtomobilləri, zirehli texnika və qoşun hissələri yerləşdirdiyini bildirir. Qoşunlar həm Polşa və Litva ilə sərhədə yaxın bazalarda, həm Kalininqrad ərazilərinin dərinliklərində cəmləşdirilir.

Məlumata görə Rusiya regiona yeni raketlər və HHM sistemləri də yerləşdirib. Bundan əlavə Kalininqraddakı hərbi bazalarda təhlükəsizlik tədbirləri gücləndirilib, bu məqsədlə bazaların ətrafında QRU xüsusi təyinatlıları yerləşdirilib.

Gözlənilir ki, NATO-nun iyulun 8-də Varşavada keçiriləcək sammitində əsas mövzulardan biri Rusiyanın Kalininqrad vilayətinə dayanmadan hərbi qüvvə cəmləşdirməsi olacaq. Hərçənd Rusiya bildirir ki, bu, NATO-nun addımlarına cavab xarakteri daşıyır. Çünki alyans özü Rusiya ilə sərhədə qoşun yığır və Avropada raketdən müdafiə sistemlərinin elementlərini onun sərhədlərinə yaxın yerləşdirir.

Lakin NATO strateqləri hesab edir ki, Rusiyanın məqsədi Baltikyanı respublikalara hücum etməkdir. Bildirilir ki, Rusiya Kalininqradda “yer-hava” tipli raketləri yerləşdirərək NATO aviasiyasının Baltik ölkələrinin və Polşanın hava məkanına daxil olmasını bloklamağa çalışır. Polşa müdafiə naziri Antoni Matsereviç deyib ki, Kalininqrad istiqamətindən hərbi təhdidlər artır.“Bu təhdidlər çox mühüm, təhlükəli rol oynayır və NATO-nun konsepsiyasında iştirak edir. Rusların fəaliyyəti alyans üçün ciddi təhdiddir”-nazir deyib.

NATO ilə Rusiya arasında münasibətlər Ukrayna hadisələrindən sonra kəskinləşib. İyun ayında elan edilib ki, NATO Baltik ölkələrini qorumaq üçün regiona 4 min nəfərlik çoxmillətli kontingent yerləşdirəcək. Lakin analitiklər qeyd edirlər ki, NATO-nun bu qüvvələri Rusiyanın Baltik ölkələrinə qarşı mümkün təhdidlərini neytrallaşdırmır. Ruslar istəsələr 2-3  sutkaya Baltik ölkələrinin paytaxtlarını tuta bilər və NATO-nun əsas qüvvələri köməyə gələnə qədər artıq gec olacaq.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam