Əfqanıstanın Laqman əyalətindəki həbsxananın girişindəki bombalı hücumda 3 nəfər ölüb.
Yenixeber.org: Lagman Qubernatorluğunun sözçüsü Esadullah Devletzey mətbuata açıqlamasında motosikletə yerləşdirilən bomba Lagmanın mərkəzindəki həbsxana girişində partladıldığını söyləyib.
Devletzey, hücumda 3 mülki şəxsin öldüyünü və 4 həbsxana işçisinin yaralandığını açıqlayıb.
Hücumu kim tərəfində törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.