Braziliyada koronavirusdan ölənlər üçün kütləvi məzarlar qazılır.

Yenixeber.org: İHA xəbər verir ki, Braziliyada bu günə qədər 46 min 182 nəfər koronavirusa yoluxub. Onlardan 2924 nəfər ölüb.

Virusun ən çox yayıldığı şəhər isə San-Pauludur. Kütləvi məzarlıqlar da şəhərin Villa Formosa adlanan hissəsində qazılır.

Məzarlıqda çalışan işçilər rəsmi rəqəmlərin doğru olmadığını, ölənlərin sayının daha çox olduğunu bildiriblər.