Xilasedicilər martın 7-də axşam saatlarında Çinin Fujian əyalətindəki çökmüş 7 mərtəbəli mehmanxananın dağıntıları altında qalan 22 nəfərin axtarışını davam etdirir.

Yenixeber.org: Martın 9-u səhər saatlarındakı məlumata etibarən xilasedicilər tərəfindən binanın dağıntıları altından 49 nəfərin aşkar edilməsi və çıxarılması mümkün olub, onlardan 10-u aldığı xəsarətlərdən dünyasını dəyişib. Rəsmi məlumatlarda dağıntılar altında 71 nəfərin olduğu bildirilir.

Xilasedicilər daha 22 nəfərin axtarışını davam etdirirlər. Onların xilas edilməsi əməliyyatında mindən artıq yanğınsöndürən, polis, hərbi və tibb işçisi iştirak edir.