Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kəlbəcərli girovların məsələsi Türkiyə parlamentində

 

Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi, Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin və Qarabağ Azadlıq Təşkilatının Türkiyə Təmsilçiliyinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib

 

 
"Xeberinfo.com":  Məlumata görə, Aksiyada bir çox tanınmış şəxslər, o cümlədən CHP-dən olan millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay iştirak və çıxış ediblər.
Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevə istinadən maraqlı bir xəbər yayıb. Bildirilir ki, adıçəkilən millət vəkilləri aksiyadan sonra parlamentin iclasında girovlarla bağlı məsələni qaldırıblar.
İclasın gedişində məsələ ətrafında digər millər vəkillərinin də iştirakı ilə müzakirə açılıb. Sonda girovların azadlığa çıxarılması üçün fəaliyyət göstərilməsi təklifi ilə Türkiyə Xarici işlər Nazirliyinə müraciət olunub.
Qeyd edək ki, bir müddət öncə “Yeni Müsavat”a müsahibəsində MHP-li millət vəkili Atilla Kaya da kəlbəcərli girovların məsələsini parlamentdə qaldıracağı və hökumətə müraciət edəcəyini demişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam