Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə parlamentində növbəti yumruq davası - VİDEO

Türkiyə parlamentində növbəti yumruq davası -

 

Türkiyə Böyük Millət Məclisində deputatlar arasında növbəti əlbəyaxa dava baş verib.

Xeberinfo.com:  Türkiyə KİV-lərinə istinadən xəbərə görə, dava bir sıra millət vəkillərinin toxnulmazlıq hüququndan məhrum edilməsi barədə debatlar zamanı AKP-li millət vəkilləri ilə HDP-li millət vəkilləri arasında yaşanıb. Bəzi millət vəkilləri dava əsnasında yaralandığı üçün müzakirələrə ara verilib.

Məlumata görə, ilk öncə ədliyyə naziri Bekir Bozdağ keçən həftə yaşanan dava görüntülərini tənqid edib. O, bu görüntülərin vəkillərə yaraşmadığını bildirib. Bundan sonra HDP-li millət vəkili Garo Paylan “şər atırsınız” deyib və komissiyada gərginlik yenidən artıb. Bəzi deputatlar bir-birilərinə plasmas butulkalar atıblar. Millət vəkilləri isə həmkarlarına təpik atıb, yumruqlaşmağa başlayıblar. Dava uzun müddət davam etdiyi üçün Komissiya sədri Mustafa Şentop toplantıya bir müddət ara verib.

Xatırladaq ki, Türkiyə parlamentində ötən həftə də eyni mövzuda aparılan debatlar zamanı dava baş vermişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam