Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“O heç vaxt döyüşçü və əsl kişi olmayıb”

 

“İçkeriyanın briqada generalı İsa Munayevi Ukrayna Təhlükəsizlik Xidməti və Mərkəzi Kəşfiyyat İdarəsi aradan götürüb.”

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Çeçenistan prezidenti Ramzan Kadırov “Instagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Munayevin ölümündə Adam Osmaev və onun həyat yoldaşı Amina Okuyevanı şübhəli bilir.

 

Bu ər-arvadın adı bir zamanlar Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə də hallanıb: “Munayev heç vaxt döyüşçü və əsl kişi olmayıb. Çeçen döyüşçüsü heç vaxt öz komandirini döyüşdə atıb qaçmazdı. Necə ki, Munayev öz komandanını və İçkeriya prezidentini tərk edib Qroznıdan qaçmışdı. Sonradan onu himayə edən xüsusi xidmət orqanları başa düşdülər ki, o, qara qəpiyə də dəymir. Ona görə aradan götürdülər”.

 

Kadırov Ukrayna ordusu tərəfində döyüşən bütün çeçenləri evə qayıtmağa səsləyib: “Bu, bizim müharibə deyil, tez evə qayıdın. Onda yaşamağa şansınız olacaq”.

 

Qeyd edək ki, İsa Munayev Debaltsevo ətrafında gedən döyüşlərdə öldürülüb. O bölgəyə “Cövhər Dudayev“ adına batalyonun komandiri kimi gəlib. Batalyon çeçenlərdən təşkil olunub və onlar Ukraynanın ərazi bütövlüyü naminə döyüşürlər.

 

Çeçenistan müharibələri zamanı Munayev Qroznının komendantı olub. Ramzan Kadırov ötən ilin dekabr ayında Çeçenistan paytaxtında baş vermiş terror aktında məhz İsa Munayevi şübhəli bilirdi. Onun fiziki olaraq aradan götürülməsi üçün Kadırov Donbasa bir neçə könüllü göndərəcəyini vəd etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam