Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çeçenistan prezidentindən "Qərb"ə ittiham

 

“Dünən Fransanın paytaxtı Paris şəhərində gerçəkləşdirilən Birlik yürüşündə iştirak edən qərb ölkələrinin liderləri öz məqsədlərində səmimi deyildilər”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov özünün İnstagram səhifəsində yazıb. 

“Biz aparıcı ölkə liderlərinin Fransadakı Birlik yürüşünü dəstəkləyirik. Ancaq onlar hansı terroru pisləyirdilər? Bütün dünyadakı terroru, yoxsa təkcə Fransada baş verənləri? Niyə o prezidentlər, krallar, Baş nazirlər heç olmasa bir dəfə də olsun, minlərlə əfqanlının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və iraqlının ölümünə qarşı öz etirazlarını bildirməyiblər”, - deyə Kadırov əlavə edib. 

Çeçenistan lideri “Charlie Hebdo” satirik jurnalında baş verənləri də pislədiyini gizlətməyib və bildirib ki, bu teraktın baş verməsində müəyyən qüvvələrin marağı var: “Məqsədləri isə islama qarşı nifrətin çoxalmasıdır”

Ramzan Kadırov qeyd edib ki, Rusiya mediası heç vaxt Məhəmməd peyğəmbərin karikaturasını dərc etməz. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam