Cənubi Afrika sahillərində iki sualtı kabelin qırılması bir neçə Afrika ölkəsində internetdə ciddi fasiləyə səbəb olub.

Yenixeber.org: Qəza səbəbindən Konqo Respublikasında, Konqo Demokratik Respublikasında, Namibiya və Anqolada internetə daxil olma ilə bağlı ciddi problemlər qeydə alınıb. Qəza beynəlxalq zənglərə və mobil rouminqə də təsir edib. Vəziyyəti yaxşılaşdırmaq üçün yerli provayderlər tədbir görsələr də, infrastrukturun nə vaxt bərpa olacağı bəlli deyil.

Xatırladaq ki, bu, ilk belə hal deyil. 2008-ci ildə isə iki dəfə, 2018-ci ildə bir dəfə buna bənzər qəzalar baş verib.