Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsveç və Danimarka -İraqda hərbi təlim missiyalarını dayandırıb

Danimarkanın Bağdaddakı NATO missiyasında iştirakı da müvəqqəti olaraq dayandırılıb

İsveç və Danimarka silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin öldürülməsi barədə xəbərlərdən sonra İraqdakı hərbi təlimçilərinin missiyalarını dayandırıb.

Yenixeber.org: Bu barədə "Expressen" qəzeti və "Ritzaus Bureau" agentliyi məlumat yayıb.

İsveç Silahlı Qüvvələrin nümayəndəsi Kristina Svaan "Expressen"ə müsahibəsində hadisələrin inkişafını yaxından izlədiklərini, vəziyyətə uyğunlaşdıqlarını, hər bir halda əmdəkaşlarının təhlükəsizliyinin onlar üçün ən vacib amil olduğunu bildirib.

Qeyd edək ki, İsveç missiyası Yaxın Şərqə İraq tərəfinin dəvəti ilə 2015-ci ilin avqustunda gəlib. Krallıq ölkəsinin ekspertləri - 70 əsgər və zabit əsasən tibbi xidmət göstərilməsi, minalardan təmizlənmə, kimyəvi qorunma və digər sahələrdə təlimlər keçirirlər.

"Ritzaus Bureau" agentliyi isə Danimarkanın hərbi rəhbərliyinə istinadən İraqdakı hərbçilərin "Sarsılmaz Qətiyyət Əməliyyatı" çərçivəsində təlimləri dayandırdığını bildirib. Həmçinin Danimarkanın 10 qərargah zabit ilə təmsil olunduğu Bağdaddakı NATO missiyasında iştirakı da müvəqqəti dayandırılıb.

Danimarka qoşunları 2014-cü ildən bəri İraqdadır. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hazırda kontingent təxminən 130 nəfərdən ibarətdir və onların vəziyyəti normaldır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam