Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Rusiya böhranla mübarizəyə trilyonlar xərcləyəcək"

 

Rusiya hökuməti iqtisadi böhranla mübarizə üçün 2,34 trilyon rubl (35 mlrd. ABŞ dolları) xərcləməyi planlaşdırır.

"Xeberinfo.com":   APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin təsdiqlədiyi sənəddə – iqtisadi böhranla mübarizə paketində qeyd olunub.

İqtisadi paketdə büdcədə 10 faiz kəsir olacağı, kiçik və orta müəssisələrin dəstəklənməsi, işsizlik fondlarının gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulub. 2016-2018-ci illərdə isə büdcə kəsiri 5 faiz təşkil edəcək.

Qeyd edək ki, Ukrayna böhranı, Qərb ölkələrinin sanksiyaları, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və rublun xarici valyutaya nisbətdə dəyərdən düşməsi Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Ukraynadakı böhranın həlli ehtimalının azalması, beynəlxalq qiymətləndirmə təşkilatlarından gələn mənfi xəbərlər Rusiya hökumətini böhrana qarşı tədbirlər görməyə məcbur edib.

İqtisadi böhranla mübarizəyə xərclənəcək 35 mlrd. dolların böyük hissəsi bankların xarici borclarının ödənilməsinə yönəldiləcək. İşsizliklə mübarizəyə isə 1 mlrd. dollara yaxın vəsait xərclənəcək. Rusiya büdcəsinin önəmli bir hissəsini təşkil edən müdafiə xərclərində isə heç bir azalma olmayacaq.

Qeyd edək ki, hökumətin hazırladığı paket bu həftə parlamentdə müzakirəyə çıxarılacaq. Sonra isə prezident Vladimir Putinə təqdim olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam