Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İranın dollardan imtinası gələcək üçün nə vəd edir?

 

İran Mərkəzi Bankının köməkçisi Qulaməli Kambay İranda xarici ölkələrlə ticarət əlaqələri zamanı dollar əvəzinə Türkiyə lirəsi, yuan, rubl və avrodan istifadə ediləcəyi ilə bağlı açıqlama verib.

 

"Xeberinfo.com":  Xarici ticarətdə dollardan imtina İrana gələcək üçün nə vəd edir? Bunun tez bir zamanda reallaşması mümkündürmü?

 

İqtisadçı-ekspert Natiq Cəfərli Aktual.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu, bir növ Qərbin sözlü müdaxiləsinə İran tərəfdən verilmiş cavabdır. 

 

"Məlum vəziyyət söz müharibəsinin davamıdır. Bir həftə öncə ABŞ danışıqlarda uğur əldə edilmədiyi təqdirdə İrana qarşı ciddi sanksiyaların tətbiq olanacağı ilə bağlı bəyanat verdi. Məlum məsələdir ki, İranla Amerika və "Altılıq" dövlətləri arasında ciddi danışıqlar gedir. Nüvə proqramının ləğvindən sonra sanksiyaların götürülməsi məsələsi müzakirə olunur. Hər iki tərəf bəyanatlar verərək öz mövqelərini möhkəmləndirməyə çalışırlar". 

 

N.Cəfərli qeyd edib ki, İranın xarici ticarətdə dollardan imtina edilməsi ilə bağlı verdiyi bəyanatın həyata keçirilməsi çox çətin bir məsələdir: "Beynəlxalq ticarətin xüsusi oyun qaydaları var. Enerji daşıyıclarının satış qiymətləri dollar üzərindən hesablanır. İranın da xarici ticarətində enerji daşıyıclarının rolu həddindən artıq yüksəskdir.  Bu bir növ Qərbin sözlü müdaxiləsinə İran tərəfdən verilmiş bir cavabdır. Əgər İranın bu addımı həqiqət olsa, belə onun reallaşdırılması çox uzun zaman tələb edir. Banklararası əlaqələrin aparılmasında dəyişikliklər edilməsinə  ehtiyac olacaq. Düşünmürəm ki, çox yaxın gələcəkdə biz bunun reallaşmasının şahidi olaq. Amma əgər belə bir addımlar atılacaqsa, əlbəttə, bu İranın suveren hüququdur. Sərfəli olub-olmaması, ölkələrlə əlaqədə hansı valyutanın seçilməsi bir az çətinlik yaradacaq". 

 

Ekspert bildirib ki, İranın Azərbaycanla ticarət dövriyyəsində yaxşı olar ki, mübadilə manat üzərindən aparılsın: "Bu, gələcəkdə manatın nüfuzunun möhkəmlənməsinə şərait yaradan addımlardan biri ola bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam