Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı - 75 ildən sonra tapılıb

ABŞ alimlərindən ibarət tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər.

Yenixeber.org: LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava prefekturasının əsas adasından cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb.

1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupunun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.

Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub. “USS Grayback” sualtı qayığı II Dünya müharibəsi vaxtı çoxlu sayda yapon gəmilərini, o cümlədən göyərtəsində 600 nəfər mülki vətəndaş olan “Konan-Maru” gəmisini batırması ilə məşhur idi.

Bildirilib ki, bu tapıntı tarix barədə yeni müzakirələrlə yanaşı, müharibədə həlak olanların xatirəsinin anılması baxımından da əhəmiyyətlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam